REGİONLAR


Dövlət Yanğın Nəzarəti Xidmətinin rəsmisi: Taxıl biçinindən sonra sahə mütləq şumlanmalıdır

Şəki, 21 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Taxılın yanğın təhlükəsindən qorunması üçün biçindən sonra sahələr mütləq şumlanmalıdır. Çünki həmin ərazidə baş vermiş kiçik, lokal hadisə başqa ərazilərə keçir, biçilməmiş sahələrin yanmasına səbəb olur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) şöbə müdiri, daxili xidmət polkovnik-leytenantı Cəmil Xudiyev Şəkidə taxıl sahəsində, açıq havada keçirilən seminar-müşavirədən sonra media təmsilçilərinə açıqlamasında deyib.

DYNX-nin rəsmisi bildirib ki, biçindən əvvəl avtomobil və dəmir yolları, eləcə də meşə ərazilərində, həmçinin yüksəkgərginlikli elektrik hava xətlərinin mühafizə zonalarında şumlama üsulu ilə yanğına qarşı zolaqların salınması vacibdir və bu, müstəsna əhəmiyyətə malikdir.

“Media vasitəsilə əhaliyə müraciət edirik ki, onların əmlakının, taxılın yanğından qorunması üçün yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmək lazımdır. Yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi onların sağlamlığının, əmlakının yanğından qorunmasına yönəlmiş bir tədbirdir və buna riayət etmək qanunvericiliklə hər bir vətəndaşın üzərinə qoyulmuş bir vəzifədir”, - deyə Cəmil Xudiyev qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.