CƏMİYYƏT


Dövlət Yanğından Mühafizə Xidməti yanğın təhlükəsizliyi tədbirlərini davam etdirir

Bakı, 2 noyabr, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti “Azərbaycan İES” və “Mingəçevir SES” MMC-də yanğın təhlükəsizliyi tədbirləri keçirib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, “Azərbaycan İES” və “Mingəçevir SES” MMC-nin rəhbər və mühəndis heyətləri ilə obyektin ümumi ərazisinin, istehsalat sahələrinin yanğına qarşı hazırlıq vəziyyəti öyrənilib.

Baxış zamanı aşkar olunmuş çatışmazlıqların təcili surətdə aradan qaldırılması üçün göstərişlər verilib, elektrik stansiyası ərazisində yanğına qarşı rejimə ciddi riayət edilməsinə, yanğın təhlükəsizliyi qaydalarında göstərilən tədbirlərin yerinə yetirilməsinə daim nəzarət olunması tövsiyə edilib. Energetika müəssisələri tərəfindən “Elektrik stansiyaları və şəbəkələrinin texniki istismarı qaydaları”nda, “Elektrik qurğularının quraşdırılması qaydaları”nda, elektrik energetika sahəsi təsərrüfatının müvafiq yuxarı idarəedici orqanlarının sərəncam sənədlərində yanğına qarşı tədbirlərin tam yerinə yetirilməsi üçün tapşırıqlar verilib.

Yanğın texniki baxışdan sonra “Azərbaycan İES” və “Mingəçevir SES” MMC-nin mühəndis və texniki işçilərinə “Energetika müəssisələrində yanğın təhlükəsizliyi: ərazi, bina və avadanlığa olan tələblər” mövzusunda nəzəri-praktik seminar keçirilib, yanğın hadisələrinin baş verməməsi üçün qabaqlayıcı tədbirlər haqqında ətraflı məlumat verilib, ilkin yanğınsöndürmə vasitələri, onların təsnifatı, tətbiq olunma qaydası haqqında mühəndis və texniki heyət maarifləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.