CƏMİYYƏT


Dövlət Yol Polisi aeroport yolunda baş vermiş qəzada ölən və yaralanan şəxslərin adlarını açıqlayıb

Bakı, 14 oktyabr, AZƏRTAC

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) aeroport yolunda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

İdarədən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 13-də saat 06:40 radələrində Əzizov Mahmud Babagözəl oğlu idarə etdiyi “Mercedes-Benz” markalı, 99-DH-343 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Aeroport şosesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində hərəkətdə olarkən qarşıda gedən Abdullayev Tahir Ruhulla oğlunun idarə etdiyi “Daewoo” markalı, 10-TH-116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb, nəticədə avtobus səkidə və yol kənarında dayanan adamların üzərinə aşıb.

Qəza nəticəsində avtobusda olan sərnişin 1985-ci il təvəllüdlü Babayeva Kəmalə Eloğlan qızı, eləcə də səkidə və yol kənarında dayanmış 1964-cü il təvəllüdlü Abdullayev Məhiyəddin Qara oğlu, 1989-cu il təvəllüdlü Aslanov İlham Elxan oğlu, 1961-ci il təvəllüdlü İsgəndərova İradə Əli qızı və 1965-ci il təvəllüdlü Yaqubova Mehbarə Şaban qızı hadisə yerində ölüblər. Bundan başqa, 1968-ci il təvəllüdlü Tağıyev Zahid Babasan oğlu, 1972-ci il təvəllüdlü Mansurova Samirə Vaqif qızı, 1979-cu il təvəllüdlü Rzayev Sərdar Rza oğlu, 1954-cü il təvəllüdlü Sapojnikova Anna İsayevna, 1988-ci il təvəllüdlü Hüseynov Ruslan Rövşən oğlu, 1990-cı il təvəllüdlü Sadıqova Gülüş Həsənağa qızı, 1968-ci il təvəllüdlü Səlimov Müslüm Paşa oğlu, 1990-cı il təvəllüdlü Məmmədov Elvin Zakir oğlu, 1998-ci il təvəllüdlü Əliyev Muraz Mərdan oğlu, 1967-ci il təvəllüdlü Məmmədova Gülşən Ələddin qızı, 1984-cü il təvəllüdlü Ağayeva Aygün Səməd qızı, 1969-cu il təvəllüdlü Əliyeva Zərifə İsmayıl qızı, 1962-ci il təvəllüdlü Hüseynov Eldar Hacıbaba oğlu, 1960-cı il təvəllüdlü Sadıqova Yeganə Ənvər qızı, 1975-ci il təvəllüdlü Zeynalabdiyev Ramiz Vüsal oğlu, 1986-cı il təvəllüdlü Kərimova Aytən Əli qızı, 1983-cü il təvəllüdlü Həsənov Nəriman Adışirin oğlu, 1962-ci il təvəllüdlü Eyvazova Samirə Sergey qızı, 1962-ci il təvəllüdlü Əsadova Mətanət Nurulla qızı, 1993-cü il təvəllüdlü Tağıyev Surət Nüsrət oğlu, 1985-ci il təvəllüdlü İbrahimov Orxan Savalan oğlu, 1988-ci il təvəllüdlü Məmmədov Emin Telman oğlu, 1984-cü il təvəllüdlü Nağıyeva Bağdagül Nağı qızı, 1966-cı il təvəllüdlü Cəbiyev Natiq Taksim oğlu, 1989-cu il təvəllüdlü Həsənova Aynurə Vilayət qızı və 1987-ci il təvəllüdlü Qəribov Cavid Eldəniz oğlu isə xəsarət alıblar.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.