CƏMİYYƏT


Dövlət agentliyinin sədri “SAP SE” şirkətinin vitse-prezidenti ilə görüşüb

Bakı, 22 may, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “SAP SE” şirkətinin ictimai xidmətlər üzrə vitse-prezidenti Natalia Panina ilə görüşüb.

Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Elektron Hökumətin İnkişafı Mərkəzində keçirilən görüşdə qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədi və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Həmçinin diqqətə çatdırılıb ki, ”ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Görüşdə "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi barədə də məlumat verilib, sosial innovasiyalar, E-Hökumət və digər sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.