Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Dövlət başçıları mətbuata bəyanatlarla çıxış etmişlər

Dövlət başçıları mətbuata bəyanatlarla çıxış etmişlər

Bakı, 8 fevral (AZƏRTAC). Fevralın 8-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç mətbuata bəyanatlarla çıxış etmişlər.

 

Azərbaycan Prezidenti İlham Əliyevin

bəyanatı

 

- Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar!

Mən Sizi, cənab Prezident, bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz. Bu Azərbaycana Sizin birinci səfərinizdir. Mən çox şadam ki, səfər uğurlu keçir. Əminəm ki, səfərin nəticələri çox müsbət olacaq və əlaqələrimizin gələcək inkişafını təmin edəcəkdir.

Biz Sizinlə bu gün keçirdiyimiz fikir mübadiləsi əsnasında ikitərəfli əlaqələrimizin bütün aspektlərini geniş şəkildə müzakirə etdik. Bir daha görürük ki, Serbiya ilə Azərbaycan arasında olan əlaqələr dostluq və strateji tərəfdaşlıq üzərində qurulmuşdur. Biz bundan sonra da siyasi əlaqələrimizi gücləndirəcəyik və bütün sahələrdə tərəfdaşlığın möhkəmlənməsi işinə öz töhfəmizi verəcəyik.

Beynəlxalq təşkilatlar çərçivəsindəki əməkdaşlığımız da çox müsbətdir. Bütün beynəlxalq təşkilatlarda biz bir-birimizə ənənəvi olaraq qarşılıqlı dəstək veririk və bu dəstək çox əhəmiyyətlidir. Xüsusilə ölkələrin ərazi bütövlüyü məsələlərində biz daim bir-birimizin yanındayıq. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, bütün münaqişələr beynəlxalq hüquq normalarına uyğun şəkildə həll edilməlidir. Beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında həll edilməlidir. Heç bir ölkənin beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri o ölkənin razılığı olmadan dəyişdirilə bilməz. Əminəm ki, gələcək illərdə də, - bu barədə biz Sizinlə bu gün bir daha öz fikirlərimizi bildirdik, - biz qarşılıqlı surətdə bir-birimizi bütün üzv olduğumuz beynəlxalq təşkilatlarda dəstəkləyəcəyik.

Beynəlxalq məsələlərə gəldikdə, deyə bilərəm ki, ölkəmiz üçün ən ağrılı problem olan Dağlıq Qarabağ münaqişəsi əfsuslar ki, öz həllini tapmır. Azərbaycan torpaqları uzun illərdir ki, Ermənistan tərəfindən işğal altındadır. Bu işğal və xalqımıza qarşı törədilən etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün şəraitində yaşayır. Baxmayaraq ki, torpaqlarımızın 20 faizi işğal altındadır, erməni işğalçı qüvvələri öz işğalçı siyasətini davam etdirir. Bütün mötəbər beynəlxalq təşkilatlar bu məsələyə dair öz qərarlarını vermişlər, qətnamələr qəbul edilmişdir. Onların içərisində əlbəttə ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi xüsusi yer tutur. Bu qətnamələrdə erməni işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması haqqında çox dəqiq ifadələr mövcuddur.

Avropa Parlamenti, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, NATO və digər beynəlxalq təşkilatlar buna oxşar qərar və qətnamələr qəbul etmişlər. Yəni ki, məsələnin həlli üçün hüquqi baza kifayət qədər genişdir. Bu məsələ tezliklə beynəlxalq hüquq normalarına uyğun şəkildə və tarixi ədalət əsasında həllini tapmalıdır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Əminəm ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edəcək və beləliklə, bu ədalətsizliyə son qoyulacaqdır. Əlbəttə, Azərbaycanın bu məsələdə haqq işini dəstəkləyən bütün ölkələrə, o cümlədən Serbiyaya biz öz minnətdarlığımızı bildirmək istəyirik.

Onu da qeyd etmək istəyirəm ki, indicə imzaladığımız Birgə Bəyannamədə bu məsələ ilə bağlı və eyni zamanda, Kosovo məsələsində Azərbaycanın Serbiyanı dəstəkləməsi haqqında kifayət qədər dəqiq ifadələr artıq vardır.

Biz, eyni zamanda, iqtisadi sahədə əməkdaşlığı da geniş müzakirə etdik. Bu sahədə də artıq gözəl təcrübə vardır. Birinci layihə icra edilir. Əminəm ki, ondan sonra başqa layihələr də icra ediləcəkdir. Serbiya iqtisadiyyatı Azərbaycan investorları üçün çox cəlbedici iqtisadiyyatdır. Əminəm ki, səfər zamanı əldə ediləcək razılaşmalar əsasında gələcəkdə həm Azərbaycan investisiyalarının daha da böyük həcmdə Serbiya iqtisadiyyatına qoyuluşu, eyni zamanda, digər birgə layihələr haqqında biz səylərimizi davam etdirəcəyik. Çox istərdim ki, yaxın aylarda yeni konkret layihələr üzərində iş aparılsın ki, bu layihələr də uğurla nəticələnsin.

Eyni zamanda, biz Sizinlə Azərbaycanın təşəbbüsü ilə başlanmış və uğurla icra edilən layihələr haqqında fikir mübadiləsi apardıq, Serbiyanın bu layihələrdə iştirakı haqqında danışdıq. Onların içində Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi və Trans-Anadolu qaz kəmərinin çəkilişi layihələri xüsusi əhəmiyyət daşıyır. Azərbaycan ilə Serbiya arasında nəqliyyat, energetika sahələrində əməkdaşlıq üçün çox gözəl imkanlar vardır. Eyni zamanda, digər sahələrdə - rabitə və kommunikasiya, turizm və infrastruktur sahələrində də əməkdaşlıq üçün gözəl imkanlar vardır.

Əlbəttə, ikitərəfli əlaqələrimiz üçün humanitar sahədə əməkdaşlıq da mühüm rol oynayır. Bu sahədə də, hesab edirəm ki, son illər ərzində böyük uğurlar əldə edilibdir. Xalqlarımızın görkəmli şəxsiyyətlərinin xatirəsinə ucaldılmış abidələr bunun bariz nümunəsidir. Bu gün Bakıda görkəmli serb alimi Nikola Teslanın şərəfinə abidənin açılışı gözlənilir. Mənim Serbiyaya səfərim zamanı ulu öndər Heydər Əliyevin və böyük bəstəkar Üzeyir Hacıbəylinin abidələri Serbiyada açılmışdır. Yəni, bu məsələlər də, şübhəsiz, iki ölkəni bir-biri ilə daha da sıx birləşdirir.

Əminəm ki, aramızda olan dostluq, partnyorluq, tərəfdaşlıq əlaqələri Sizin səfərinizdən sonra yeni pilləyə qalxacaq və beləliklə, biz bundan sonra da dost və tərəfdaş kimi uğurla əməkdaşlıq edəcəyik.

Bir daha, hörmətli cənab Prezident, Sizi və nümayəndə heyətinizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Bir daha Sizə “Xoş gəlmisiniz!” deyirəm.

 

X X X

 

Serbiya Prezidenti Tomislav Nikoliçin

bəyanatı

 

- Hörmətli cənab Prezident!

Xanımlar və cənablar!

Zati-aliləri!

Əslində hətta biz belə razılığa gəlmişdik ki, burada elə bir nəfər çıxış edə bilərdi. Çünki Sizin burada söylədiyiniz hər bir sözə mən şərik çıxıram və bu, əslində Azərbaycan ilə Serbiya arasında sarsılmaz dostluğun ünvanına söylənilən sözlərdir. Bu dostluq bir neçə il bundan öncə yaradılmışdır. Biz Serbiyada hakimiyyətə gəldikdən sonra bu münasibətləri daha da möhkəmləndirmək fikrindəyik. Azərbaycan Serbiyanın dostudur. Qeyd etmək istəyirəm ki, həyat tərzinə, xalqlarına görə ölkələrimizin oxşarlıqları vardır.

Azərbaycan Serbiyanı dəstəkləyir. Bu, bir daha onu sübuta yetirir ki, müxtəlif dinlərə malik olan xalqlar coğrafi məsafəyə baxmayaraq, insanlar arasında anlaşmanın möhkəmlənməsinə xidmət edə bilərlər. Biz Azərbaycana çox minnətdarıq, ölkəniz bizə dəstək verir ki, ədalət bərpa olunsun. Biz də Azərbaycanı dəstəkləyirik. Əgər söhbət ədalətdən gedirsə, digər maraqlar kənarda qalmalıdır. Biz tələb edirik ki, bütün başqa maraqlar kənara atılsın. Əgər söhbət Serbiyadan və Azərbaycandan gedirsə, ədalət bərqərar olunmalıdır. Biz bir çox hallarda mübarizə aparmışıq, itkilər olubdur. Lakin biz hər zaman bu sınaqlardan lazımi qaydada çıxmışıq.

Azərbaycan əhalisinə görə Serbiyaya yaxındır. O ki qaldı həyat standartlarına görə, Sizin əhaliniz daha yaxşı yaşayır. Biz də istərdik ki, həyatı eyni standartlarda təmin edək. Təbii, biz istərdik ki, həmçinin elə bir şərait qurulsun ki, bu, hər iki xalqın maraqlarına cavab versin. Hətta belə fikir də söyləmək istəyirəm ki, işgüzar dairələr üçün əgər cəlbedici şəhərlər varsa, məsafələr rol oynamır.

Cənab Prezident, biz gözəl anlayırıq ki, bu baxımdan Sizin başqa ölkələrin, o cümlədən Serbiyanın yardımına ehtiyacınız yoxdur. Lakin buna baxmayaraq, biz bu işi təmənnasız aparmaq istəyirik. Biz istərdik ki, insanlarımız işlə təmin olunsun, istehsalat baş tutsun. Onlar öz məhsullarını tədarük etsin və daha yaxşı yaşasınlar.

Qeyd etmək istəyirəm ki, ölkənizin hətta üzv olmadığı təşkilatlarda da biz Sizi dəstəkləyəcəyik. O təşkilatlarda ki, bizim ölkə özü yoxdursa, Azərbaycan bizi orada təmsil etsin.

Bu yaxınlarda biz Azərbaycan ilə daimi əsaslarla işgüzar dairələr, həmçinin adi insanlar arasında təmasların qurulmasına nail olacağıq. Biz görəcəyik ki, bu, ikitərəfli əməkdaşlığımıza da nə qədər vacibdir. Bu, nəinki regionlarımız üçün, həmçinin bütövlükdə qitə üçün xeyirli olacaqdır. Bizim aramızda bu qədər yaxınlaşma çox yaxşı haldır. Əslində bu, hətta biz müxalifətdə olan vaxtda başlamışdır. Lakin indi biz hakimiyyətdəyik. Bu onu göstərir ki, bütün Serbiya Azərbaycanın tərəfindədir. Keçmiş müxalifət indiki hakimiyyətdədir. Biz istənilən məsələdə razılaşmaya bilərik. Amma Azərbaycana gəldikdə isə, hər zaman ümumi mövqe nümayiş etdiririk.

Azərbaycanın zəngin dini və mədəni irsi vardır. Azərbaycan tərəfindən iki layihə maliyyələşdirilibdir. Pravoslav kilsəsi və bir məscid yenidən qurulubdur. Serbiya da bir dövlət kimi eyni rol oynayır. Ölkəmizdə bütün dinlərin nümayəndələri, 30-dan artıq etnik azlığın təmsilçiləri yaşayır. Onlar universitetlərdə öz doğma dillərində dərs alırlar. Həmçinin bildirmək istəyirəm ki, burada biz həm öz vətəndaşlarımıza və digər dinlərin təmsilçilərinə də eyni münasibət bəsləyərik.

Bilirsiniz, hakimiyyət dəyişir, insanlar bir-birini əvəz edir. Lakin istəyirəm ki, bizim xalqlar başladığımız bu işləri daha da irəli aparsınlar.

Çox sağ olun!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır VİDEO

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək VİDEO

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib VİDEO

Niyə “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır?

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin yeni saytı istifadəyə verilib

Kənd təsərrüfatı nazirinin müavini Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Manuel Noyer Çempionlar Liqasının tarixinə düşüb

Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub

Milli Kitabxanada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə kitab sərgisi açılıb

Nazir: Xoşagəlməz hallar dünyanın bütün məktəblərində baş verir

Zahid Oruc: Rusiya sülhməramlılarının Qarabağdan çıxması nəinki Fransanı, ABŞ-ı da narahat edir VİDEO

Naxçıvanda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Nazirlik rəsmisi: Valideynlər “Məktəblinin dostu” layihəsindən tam razıdırlar