RƏSMİ XRONİKA


Dövlət başçılarının təkbətək görüşü

Bakı, 12 oktyabr (AZƏRTAC). Oktyabrın 12-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun təkbətək görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu. Özbəkistan Prezidenti İslam Kərimovun Azərbaycana rəsmi səfərinin əlaqələrimizin daha da genişlənməsi baxımından əhəmiyyəti qeyd edildi, iki ölkə arasında münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əminlik bildirildi.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin