Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Dövlət başçısının tövsiyə və tapşırıqlarının icrası istiqamətində zəruri tədbirlər həyata keçirilir

Baş Prokurorluqda 2019-cu ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib

Bakı, 14 fevral, AZƏRTAC 

Fevralın 14-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətlərinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2019-cu ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Baş prokuror Zakir Qaralov müstəqil inkişaf tarixinin müasir məzmunlu yüksəliş mərhələsini yaşayan ölkəmizin həyatında 2019-cu ilin müstəsna əhəmiyyəti olduğunu, xalqımızın ümummilli lideri Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, yüksək idarəetmə məharətinə və çevik idarəçilik üslubuna malik Azərbaycan Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında həyata keçirilən hərtərəfli islahatların, möhtəşəm sosial-iqtisadi layihələrin, qarşıya qoyulmuş strateji məqsədlərə çatmaq yolunda atılan inamlı addımların yüksək inkişaf göstəricilərinə nail olunmasını, ölkəmizdə sabit və dayanıqlı hüquqi-siyasi sistemin və güclü iqtisadi potensialın yaradılmasını, bütövlükdə Azərbaycanı və ayrılıqda hər bir bölgəni əhatə edən dinamik inkişafı, əhalinin həyat şəraitinin layiqli səviyyəyə qaldırılmasını, dünya dövlətləri birliyinə hərtərəfli inteqrasiyanı təmin etdiyini diqqətə çatdırıb.

Qeyd edilib ki, ötən il makroiqtisadi sabitlik və maliyyə dayanıqlılığının təmin edilməsi, investisiyaların yatırılması və iqtisadi artımın bərpası üçün münbit şəraitin yaradılması istiqamətində görülən işlər və əldə edilən nailiyyətlər baxımından da əlamətdar olub. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun 3,5 faiz, kənd təsərrüfatının 7 faizdən çox artdığını vurğulayan Baş prokuror bildirib ki, bu Azərbaycanda aparılan uğurlu islahatların, iqtisadiyyatın şaxələndirilməsi və sənayeləşdirilməsi siyasətinin nəticəsində mümkün olub. Xarici ticarət dövriyyəsi 33,6 milyard dollara çatıb, valyuta ehtiyatları 6,4 milyard dollar artaraq rekord həddə - 51 milyard dollar səviyyəsinə çatıb, bu göstəriciyə görə Azərbaycan MDB məkanında birinci pillədə qərarlaşıb.

Yola saldığımız ildə Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlər sırasında ölkəmizin 120 üzv dövləti özündə birləşdirən Qoşulmama Hərəkatının XVIII Sammitinin və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün Bakıda keçirilməklə bu beynəlxalq qurumlara sədrliyin Azərbaycana həvalə edilməsi, ən mötəbər tədbirlərə - humanitar, siyasi, iqtisadi, mədəni forumlara, möhtəşəm idman yarışlarına uğurla ev sahibliyi etməsi, biznes sahəsində dünyada ən vacib və etibarlı reytinq göstəricisi sayılan Dünya Bankının “Doing Business - 2020” hesabatında 20 ən islahatçı dövlət siyahısına daxil edilərək ən çox islahat aparan ölkə elan olunması, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında hökumətin uzunmüddətli strategiyasına görə ölkəmizin 10-cu, rəhbərliyin islahatlara meyillilik səviyyəsinə görə 5-ci yerdə qərarlaşması və sair uğurlar xüsusi vurğulanıb.

Baş Prokuror qeyd edib ki, əldə edilmiş bu uğurların məntiqi nəticəsi olaraq, cari il yanvarın 21-də dövlətimizin başçısı İlham Əliyevin iştirak etdiyi dünyada bir nömrəli və nüfuzlu beynəlxalq təşkilat Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində həmin Forumun prezidenti ilə görüşdə Dördüncü Sənaye İnqilabı üzrə Bakı Regional Mərkəzinin yaradılması ilə bağlı niyyət protokolunu imzalaması və ölkəmizin Cənubi Qafqazda, eləcə də Orta Asiya regionunda mərkəz kimi seçilməsi olduqca böyük və əlamətdar hadisədir.

Diqqətə çatdırılıb ki, ölkəmizdə sosialyönümlü dövlət siyasətinin həyata keçirilməsində, əhalinin rifahının yüksəlməsində, sosial həssas əhali qruplarının problemlərinin aradan qaldırılmasında, dinlərarası və mədəniyyətlərarası münasibətlərin qurulmasında, idmanın və multikultural dəyərlərin, mərhəmətliliyin və humanistliyin təbliğində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın misilsiz xidmətləri xüsusi əhəmiyyətə malikdir.

Kollegiya iclasında bildirilib ki, 2019-cu il Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu hesabat dövrü olub, digər hüquq-mühafizə orqanları, ilk növbədə, daxili işlər, dövlət təhlükəsizlik, ədliyyə və məhkəmə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunub. Prokurorluq orqanlarının səyləri dövlətimizin başçısı İlham Əliyevin rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə, prokurorluqda islahatların yeni məzmunda davam etdirilməsinə, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılmasına, mövcud çatışmazlıqlar və neqativ təzahürlərin təxirəsalınmadan aradan qaldırılmasına yönəldilib. Daxili İşlər Nazirliyi ilə əlaqəli şəkildə həyata keçirilən peşəkar istintaq və əməliyyat-axtarış tədbirlərinin nəticəsi olaraq, ictimai əks-səda doğurmaqla cəmiyyətin maraq dairəsində olan, keçmiş illərdə törədilməklə uzun müddət bağlı qalan bir sıra xüsusilə ağır və ağır cinayətlərin açılması və cəzanın labüdlüyünün təmin olunduğu konkret misallarla diqqətə çatdırılıb.

Hesabat dövründə kriminogen durumun nəzarətdə saxlanıldığını qeyd edən Baş prokuror Zakir Qaralov əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının sabit qalaraq 265 fakt təşkil etdiyini və ölkəmizin ötən il də MDB və Avropa məkanında ən təhlükəsiz və sabit dövlətlərdən biri kimi öncül mövqeyini saxladığını xüsusi vurğulayıb.

Kollegiya iclasında qeyd edilib ki, daxili işlər və digər hüquq-mühafizə orqanları ilə birgə fəaliyyətin nəticəsi olaraq cinayətkarlığın dinamikasında və strukturunda müşahidə olunan ötən illərin müsbət göstəriciləri 2019-cu ildə də davam etdirilib, prokurorluğun dövlət maraqlarının müdafiəsi və cinayətkarlığa qarşı effektiv mübarizənin təşkili istiqamətində fəaliyyəti daha da güclənib. Hesabat ilində istintaq və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən dövlət orqanları üzrə 26 min 672 cinayət qeydə alınıb. Bu cinayətlərin 92 faizi daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub, cinayətlərin 89 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib. 2019-cu ildə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən dövlət orqanları üzrə qeydə alınmış cinayətlərin 84,8 faizinin açılması təmin olunub.

Daxili işlər və prokurorluq orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində 2018-ci illə müqayisədə qeyri-aşkar şəraitdə törədilmiş, ağır və xüsusilə ağır, qəsdən adam öldürmələr, adam öldürməyə cəhdlər, mülkiyyət əleyhinə olan cinayətlər, o cümlədən soyğunçuluqlar, quldurluqlar, dələduzluqlar, hədə-qorxu ilə tələb etmələr, avtonəqliyyat vasitəsinin qaçırılması faktları, habelə xuliqanlıqlar, ictimai yerlərdə baş verən cinayətlər, yetkinlik yaşına çatmayanların cinayətləri, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən cinayətlər azalıb, qəsdən adam öldürməyə cəhd cinayətlərinin açılması yaxşılaşsa da, qəsdən sağlamlığa ağır zərər vurma, xuliqanlıq, oğurluq, dələduzluq, soyğunçuluq, quldurluq, hədə-qorxu ilə tələb etmə, avtonəqliyyat vasitəsini qaçırma cinayətlərinin açılma faizi azalıb. Eləcə də daxili işlər orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 329 cinayətin açılması təmin edilib.

2019-cu ildə 2018-ci illə müqayisədə qeydə alınmış ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 54 fakt, həmin hadisələrdə ölən şəxslərin sayı 99 nəfər artıb, xəsarət alan şəxslərin sayı isə 9 nəfər azalıb. Ötən il də qeydə alınmış ölümlə nəticələnən açılmamış yol-nəqliyyat hadisələrinin sayı 6 olmaqla sabit qalıb.

Baş Prokurorluğun əlaqədar struktur qurumları və tabe prokurorlara 2019-cu ildə və əvvəlki illərdə törədilməklə bağlı qalan qəsdən adam öldürmə cinayətlərinin, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması üçün zəruri tədbirlərin görülməsi, daxili işlər orqanları ilə qarşılıqlı əlaqədə konkret hadisələr üzrə istintaq və əməliyyat-axtarış işlərinin real vəziyyətinin öyrənilməsi yolu ilə onların intensivliyinin artırılması, səlahiyyət dairəsində olan bütün imkanlardan istifadə olunmaqla təqsirkar şəxslərin müəyyən olunmasının təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Ötən ilin ölkəmizin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi dövrü kimi yadda qaldığını xüsusi vurğulayan Baş prokuror Zakir Qaralov diqqətə çatdırıb ki, 2019-cu il aprelin 3-də dövlətimizin başçısı tərəfindən imzalanmış “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanda ölkə məhkəmələrinin fəaliyyətinin müasir tələblərə uyğun qurulması, onların fəaliyyətində şəffaflıq və açıqlıq prinsiplərinin rəhbər tutulması, infrastrukturunun təkmilləşdirilməsi və bu fəaliyyətə elektron xidmətlərin inkorporasiya edilməsi, məhkəmə qərarlarının icra mexanizmlərinin müasirləşdirilməsi, hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində verilən tövsiyə və tapşırıqlar məhkəmə-hüquq sistemində institusional potensialın gücləndirilməsinə yönəlmiş ardıcıl tədbirlərin davamı olub.

Bildirilib ki, Baş Prokurorluqda Fərmanın icrası istiqamətində görülən işlərin davamı kimi dövlət ittihamının daha effektiv həyata keçirilməsi, dövlət ittihamının müdafiəsi sahəsində vahid təcrübənin formalaşdırılması, məhkəmələrlə dövlət ittihamının müdafiəsini həyata keçirən prokurorlar arasında qarşılıqlı əlaqələrin səmərəli təşkil edilməsi məqsədilə dövlət ittihamının müdafiəsi üzrə idarənin strukturunun yenidən formalaşdırılması istiqamətində zəruri işlər intensivliklə davam etdirilir.

Kollegiya iclasında qeyd edilib ki, 2019-cu ildə prokurorluq orqanlarında kadr siyasətinin həyata keçirilməsi istiqamətində məqsədyönlü tədbirlər davam etdirilib, kadrların şəffaf və obyektiv meyarlar əsasında seçilib yerləşdirilməsi və vəzifədə irəli çəkilməsi, kadr korpusunun müsabiqə yolu ilə dərin biliyə malik yüksək ixtisaslı gənc hüquqşünaslar hesabına mütəmadi komplektləşdirilməsi üçün zəruri tədbirlər görülüb. Hesabat dövründə dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq gənc kadrların qulluğa qəbulu istiqamətində tədbirlərin davam etdirilməsi, sonuncu müsabiqənin nəticələri də nəzərə alınmaqla 2002-ci ildən başlayaraq qulluğa qəbul edilmiş 902 gənc hüquqşünasın hazırda prokurorluğun kadr korpusunun 70 faizini təşkil etməsi prokurorluq orqanlarında həyata keçirilən kadr islahatlarının uğurlu nəticələri kimi dəyərləndirilib.

Könüllülər hərəkatının ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirakı istiqamətində aparılan islahatların prokurorluqda davamlılığının təmin olunması məqsədilə “Azərbaycan Respublikasının prokurorluq orqanlarında ictimai köməkçilərin fəaliyyəti haqqında” Təlimata uyğun olaraq, gənclərin institusional bacarıqlarının artırılması, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının səmərəli təşkili məqsədilə hüquqşünaslıq ixtisası üzrə ali təhsil müəssisələrində təhsil alan 162 tələbənin prokurorluğun müvafiq struktur qurumlarına ictimai köməkçi qismində qəbul olunması xüsusi vurğulanıb. 2020-ci ilin Respublikamızda “Könüllülər ili” elan olunması münasibətilə prokurorluq orqanlarında ictimai köməkçi qismində fəaliyyət göstərən könüllü gənclərlə Baş Prokurorluqda görüş keçirilib, onlara təcrübə toplamaları, milli və vətənpərvərlik ruhunda tərbiyə almaları, xalqa və dövlətə sədaqətlə xidmət göstərmələri, eləcə də ictimai nəzarətin həyata keçirilməsində yaxından iştirak etmələri barədə zəruri tövsiyələr verilib.

Hesabat dövründə korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən yüksək göstəricilərə nail olunmaqla rüşvətlə bağlı, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, vəzifədən sui-istifadə və sair faktlar üzrə 497 vəzifəli şəxs barəsində 310 cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib, həmin işlər üzrə 83,1 milyon manat məbləğində maddi ziyandan ibtidai araşdırma mərhələsində 21,8 milyon manatın ödətdirilməsi təmin edilib, həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 40,3 milyon manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulmaqla, ümumilikdə vurulmuş maddi ziyanın 74.7 faizinin ödətdirilməsi təmin edilib.

Hesabat ilində Baş İdarə tərəfindən qida təhlükəsizliyi, tikinti və şəhərsalma tələblərinin pozulması, vətəndaşlara qarşı dələduzluq etmiş mənzil-tikinti kooperativlərinin rəhbərləri barədə, həmçinin bank sektorunda yol verilmiş qanunsuzluqlarla əlaqədar bir sıra aktual cinayət işləri üzrə intensiv istintaq tədbirləri davam etdirilib.

Eyni zamanda, Azərbaycan Prezidenti tərəfindən hər zaman diqqət mərkəzində saxlanılan və 2020-ci il fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bir daha iqtisadiyyatın ayrı-ayrı sektorlarında mövcud olmaqla azad sahibkarlıq mühitində rəqabətliliyə neqativ təsir edən kölgə iqtisadiyyatı, o cümlədən də qara mühasibatlıqdan istifadə edərək dövlət nəzarətindən və qeydiyyatından gizli şəkildə qanunsuz fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qarşı effektiv mübarizə tədbirlərinin gücləndirilməsi barədə verilmiş göstərişlər nəzərə alınaraq, Baş Prokuror tərəfindən Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə İqtisadiyyat Nazirliyi və müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə beynəlxalq təcrübə öyrənilməklə təkliflərin hazırlanması və qabaqlayıcı tədbirlərin görülməsi tapşırılıb.

Hesabat dövründə ölkəmizdə həyata keçirilən anti-korrupsiya islahatlarının nəticələrinin “Beynəlxalq Şəffaflıq” Təşkilatının (Transparency International) tərtib etdiyi illik hesabatlarda əksini tapmaqla təşkilatın 2019-cu ilin nəticələri üzrə dərc etdiyi Korrupsiya Qavrama İndeksində Azərbaycanın 2018-ci illə müqayisədə 26 pillə irəliləməsi xüsusi vurğulanıb.

Xüsusilə qeyd edilib ki, müasir dünya təcrübəsinin ölkəmizdə geniş tətbiqi nəticəsində idarəçilik sistemində, o cümlədən vergi və gömrük sahələrində aparılan islahatların dövlət büdcəsinə daxilolmaları böyük həcmdə artırması, həmçinin dövlət və özəl xidmətlərin vahid məkanda operativlik, şəffaflıq, nəzakətlilik və məsuliyyət prinsiplərinə uyğun göstərilməsi yönündə formalaşdırılmış “ASAN xidmət” mərkəzlərinin fəaliyyət coğrafiyasının daha da genişləndirilərək 17 mərkəzə çatdırılması, yarandığı gündən keçən qısa müddətdə 35 milyondan çox müraciətin daxil olması, habelə əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə 132 xidmətin “bir pəncərə”dən təqdim edilməsinə imkan verən nadir layihə kimi “DOST” mərkəzlərinin fəaliyyətə başlaması ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilmiş nailiyyətlərin bariz nümunəsidir.

Kollegiya iclasında bildirilib ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin əməkdaşları tərəfindən bir sıra xüsusilə ağır və ağır cinayətlərin, habelə böyük ictimai rezonans doğuran hadisələrin, o cümlədən Gəncədə iki polis zabitinin qəsdən öldürülməsi, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı törədilmiş terror hadisəsi, “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın hadisəsi və sair cinayət işlərinin yüksək peşəkarlıqla istintaq olunması, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilmələri təmin olunub. Hesabat dövründə idarənin əməkdaşları tərəfindən 123 şəxs barəsində 54 cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. İstintaq edilən və məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vətəndaşlara və dövlətə dəymiş 127 milyon manat məbləğində ziyandan 122 milyon manatın və ya 96 faizinin ödətdirilməsi təmin olunub. Azərbaycan Respublikası Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı Şəhər Prokurorluğu orqanları tərəfindən digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqədə cinayətkarlığa qarşı mübarizə sahəsində səmərəli tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb.

Kollegiya iclasında görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil və ciddi tənqid olunmaqla, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilində yol verilən çatışmazlıqların qısa müddətdə aradan qaldırılması üçün konkret tapşırıqlar verilib.

Vurğulanıb ki, 2019-cu hesabat ilində xidməti, icra və əmək intizamının pozuntusu hallarına qarşı, işində və xidmətdən kənar fəaliyyətində qanunsuzluqlara münasibətdə prinsipial mübarizə xətti davam etdirilib. Müxtəlif pozuntulara yol verdiklərinə görə 54 əməkdaşın intizam məsuliyyətinə cəlb olunduğu, onlardan 44 nəfərə töhmət və şiddətli töhmət elan edildiyi, 8 əməkdaşın tutduğu vəzifədən azad edildiyi, prokurorluqda xidmətlə bir araya sığmayan kobud qanunsuzluqlara yol verdiklərinə görə 2 əməkdaşın prokurorluq orqanlarından xaric edildiyi diqqətə çatdırılıb. Xidməti, icra və əmək intizamının daim diqqət mərkəzində saxlanıldığını bildirən Baş prokuror mənfi təzahürlərə, qeyri-prosessual münasibətlərə, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək neqativ hallara, qanun pozuntusu və nöqsanlara, prokuror vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verən prokurorluq işçiləri barəsində ciddi cəza tədbirlərinin görüləcəyini xüsusi vurğulayıb.

Dövlətin həyata keçirdiyi sosialyönümlü siyasətin prioritetlərinə uyğun olaraq, əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də vətəndaşların müraciətlərinə və qəbulu məsələlərinə xüsusi diqqətlə yanaşılıb. Qeyd edilib ki, hesabat dövründə prokurorluq orqanlarında vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi təmin edilib. 2019-cu ildə bütövlükdə prokurorluq orqanlarına 81 min, o cümlədən Baş Prokurorluğa 65 min ərizə və şikayət daxil olmaqla, onlardan 42 mininin müvafiq qaydada həlli, o cümlədən 9 min müraciət üzrə vətəndaşların qaldırdığı məsələlər təmin olunub. Prokurorluq orqanlarında 26 mindən çox, o cümlədən Baş Prokurorluqda 2 minə yaxın vətəndaş qəbul edilib. Prokurorluğun əlaqədar qurumlarından tələb edilib ki, müraciətlərə baxılması və vətəndaşların qəbulu sahəsində əməkdaşların məsuliyyətinin artırılması, yeni informasiya texnologiyalarının imkanlarından daha geniş istifadə olunması təmin edilməli, müraciətlərə formal yanaşılmamalı, eləcə də qəbula gələn hər bir vətəndaşın müraciətinə həssaslıq və məsuliyyətlə yanaşılmaqla biganə münasibət göstərilməməli, onların müsbət həlli istiqamətində səlahiyyətləri daxilində bütün mümkün imkanlardan istifadə edilməlidir.

Xüsusi vurğulanıb ki, dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə müvafiq olaraq Baş prokuror tərəfindən respublikanın 12 bölgəsində prokurorluğun rəhbər işçilərinin iştirakı ilə 282 vətəndaş qəbul edilməklə, qaldırılan məsələlərin yerində həlli və əsaslı müraciətlərin təmin olunması istiqamətində hərtərəfli tədbirlər həyata keçirilib.

Kollegiya iclasında sahibkarlıq subyektlərinin fəaliyyətinə əsassız müdaxilələrə yol verilməməsi diqqətə çatdırılmaqla, sahibkarlar arasında yaranmış mülki xarakterli mübahisələrə dair prokurorluq orqanlarına daxil olmuş şikayətlər üzrə mülki qaydada məhkəmə orqanlarına müraciət etmələri barədə izahların verilməsi prokurorluq əməkdaşlarından ciddi tələb edilib.

Bildirilib ki, hesabat dövründə prokurorluq orqanlarında informasiya-kommunikasiya texnologiyaları sahəsində müasir dövrün nailiyyətləri tətbiq edilməklə bir sıra irəliləyişlərə nail olunub. Bu sahəyə innovativ yanaşmanın tələb edildiyini vurğulayan Zakir Qaralov dövlətimizin başçısının vətəndaşlara xidmət sahəsində operativliyin təmin edilməsi ilə bağlı verdiyi göstəriş və tövsiyələrə uyğun olaraq, Baş Prokurorluğun “Elektron Cinayət” proqramının Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiya olunması prosesinə başlanılaraq zəruri işlərin görüldüyünü diqqətə çatdırıb.

Vurğulanıb ki, müasir tələblər reallığında ilk növbədə Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrindən irəli gələrək prokurorluq orqanlarında vətəndaş məmnunluğunun təmini, daxil olmuş ərizə və şikayətlərə vaxtında və düzgün baxılması, müxtəlif sahələr üzrə müraciət etmiş vətəndaşlara hüquqlarının hərtərəfli və tam izah edilməsi məqsədilə Baş Prokurorluqda yaradılmış 961 - Çağrı Mərkəzi 2019-cu il oktyabrın 2-dən fəaliyyətə başlayıb. Həmçinin bildirilib ki, hesabat ilində Çağrı Mərkəzinə 2153 müraciət daxil olub, 1641 vətəndaşa müvafiq hüquqi izahlar verilib, müraciət edən 415 vətəndaşın qaldırdığı məsələlər cinayət xarakterli məlumat olduğu üçün qeydə alınıb araşdırılması üçün aidiyyəti struktur qurumlara tapşırılıb, 174 müraciət müəllifinin Baş Prokurorluğun və digər struktur qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən qəbul edilməsi təmin olunub, həmin müraciətlərdən 74-ü isə müsbət həll edilib. Digər müraciətlər üzrə vətəndaşlara qanunvericiliyin tələbləri izah olunub.

Bundan başqa, dövlətimizin başçısı İlham Əliyevin dövlət qurumlarında müasir informasiya-kommunikasiya texnologiyalarının üstünlüklərindən istifadə ilə bağlı tapşırıq və tövsiyələrinin icrası ilə əlaqədar, eləcə də şəffaflıq və operativliyin təmin edilməsi məqsədilə prokurorluq orqanlarının funksional vəzifələri üzrə vətəndaşlarla mobil rabitənin üstünlüklərindən istifadə etməklə onlayn əlaqəsinin yaradılmasına imkan verən “Mobil Vətəndaş Müraciəti” mobil applikasiyanın qısa zamanda hazırlanaraq istifadəyə verilməsi barədə Baş Prokuror tərəfindən göstəriş verilib.

Hesabat ilində prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artması istiqamətində xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələrin genişləndiyini diqqətə çatdıran Baş prokuror Rusiya Federasiyasının Baş Prokurorluğu ilə əməkdaşlıq haqqında Sazişin imzalandığını vurğulayıb.

Qeyd edilib ki, hesabat ilində Baş Prokurorluğun beynəlxalq əlaqələr idarəsinin xarici ölkələrin müvafiq qurumları ilə səmərəli əməkdaşlığı nəticəsində Ədliyyə və Daxili İşlər nazirlikləri ilə birlikdə ağır və xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən və ədalət mühakiməsindən yayınmaqla gizlənən 75 şəxsin tutularaq ölkəmizə ekstradisiyası həyata keçirilib, həmçinin istintaqı aparılan cinayət işləri üzrə hüquqi yardım haqqında istintaq tapşırıqlarının icrası təmin edilib.

Kollegiya iclasında Baş prokurorun müavini - Respublika hərbi prokuroru Xanlar Vəliyev, Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, Bakı şəhər prokuroru İlqar Abbasov, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin rəisi Anar Məmmədov və Cəbrayıl rayon prokuroru Ramiz Əliyev çıxışlarında 2019-cu ildə cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində müvafiq tabeli struktur qurumlar tərəfindən görülmüş işlər barədə ətraflı məlumat verib, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə fəaliyyətin səmərəliliyinin daha da artırılması, işin müasir məzmunda təkmilləşdirilməsi və mövcud çatışmazlıqların aradan qaldırılmasına yönəldilmiş konkret təkliflər irəli sürüblər.

Kollegiya iclasına yekun vuran Baş prokuror Zakir Qaralov əmin olduğunu bildirib ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi bundan sonra da digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunması, cinayətkarlığın bütün təzahürlərinə qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcək, xalqımızın mütləq əksəriyyətinin etdiyi seçimi dəstəkləməklə bundan sonra da mütərəqqi islahatların reallaşdırılması istiqamətində xidmət göstərməklə dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi yolunda öz səylərini əsirgəməyəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO