REGİONLAR


Dövlət bayrağımız milli dəyərimiz, qürur mənbəyimizdir

Zaqatala, 8 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Üçrəngli bayrağımız Azərbaycanın müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərimizdən biridir. Dövlət bayrağı ölkəmizin hər bir vətəndaşı tərəfindən müqəddəslik, azadlıq və qürur mənbəyi kimi qəbul olunur. Azərbaycan əsgəri də Vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı ali missiyanı öz üzərinə götürərkən üçrəngli bayrağımıza and içir. Bayrağımız hər zaman əbədi olacaq, bütün dünyada Azərbaycan dövlətinin və xalqının imzasını qürurla təsdiqləyəcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 9 noyabr - Dövlət Bayrağı Günü, həmçinin Konstitusiya və Milli Dirçəliş günləri münasibətilə noyabrın 8-də Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən bayram tədbirində səsləndirilib.

Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin Mərkəzinin qarşısındakı abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirin əvvəlində üçrəngli Azərbaycan bayrağına həsr olunan film nümayiş etdirilib.

Tədbirdə vurğulanıb ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra başımızın üstündə dalğalanan üçrəngli, ay-ulduzlu bayraq milli suverenliyimizin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Bayraq bizim milli dəyərimiz, qürur mənbəyimizdir.

Bayram tədbirində çıxış edənlər noyabr ayının xalqımızın tarixində onun varlığını bildirən şərəfli günlərlə zəngin olduğunu xüsusi vurğulayıb, rayon ictimaiyyətini qarşıdan gələn əlamətdar tarixi günlər - 12 noyabr - Konstitusiya Günü və 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə təbrik ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.