İQTİSADİYYAT


Dövlət büdcəsində Naxçıvan üçün ayrılan dotasiyanın məbləği artırılır

Dövlət büdcəsində Naxçıvan üçün ayrılan dotasiyanın məbləği artırılır

Bakı, 5 dekabr, AZƏRTAC

Dövlət büdcəsində Naxçıvan Muxtar Respublikasının xərcləri üçün ayrılan dotasiyanın məbləği bir qədər artırılaraq 482,4 milyon manat təşkil edəcək.

AZƏRTAC xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dekabrın 5-də keçirilən iclasında deyib.

O bildirib ki, eyni zamanda, muxtar respublikanın gəlir və xərcləri ilkin dürüstləşməyə nisbətən müvafiq olaraq gəlirləri 132,3 milyon manat, xərcləri isə 614,7 milyon manat səviyyəsində olacaq.

“Bu dəyişikliklərlə 2023-cü ilin dövlət büdcəsinin qanun layihəsində gəlir və xərclər də müvafiq olaraq 53,2 milyon manat artırılacaq. Onu da qeyd etmək istərdim ki, kəsrdə hər hansı dəyişikliklər baş vermir.

İcmal büdcənin gəlirləri və xərcləri də eyni səviyyədə təşkil ediləcək. Bütövlükdə sadalananlarla bağlı qanun layihəsində bəzi maddələrə də müvafiq dəyişikliklər edilməsi nəzərdə tutulur”, - deyə maliyyə naziri qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.