İQTİSADİYYAT


Dövlət büdcəsinə daxilolmaların 21,2 faizi ƏDV hesabına təmin edilib

Bakı, 28 iyul, AZƏRTAC

Cari ilin ikinci rübündə dövlət büdcəsinin gəlirləri dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun daxilolmaları da nəzərə alınmaqla 9 milyard 740,9 milyon manat, xərcləri isə 9 milyard 366,2 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, daxilolmaların 21,2 faizi əlavə dəyər vergisi, 16,2 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5,4 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,9 faizi fiziki şəxslərin gəlir vergisi, 4,3 faizi aksizlər, 1,3 faizi sadələşdirilmiş vergi, 2,1 faizi vergilərin digər növləri, 44,6 faizi isə vergi olmayan gəlirlər hesabına təmin olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.