Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Dövlət büdcəsinə dəyişikliklərin edilməsi təklif olunur

Dövlət büdcəsinə dəyişikliklərin edilməsi təklif olunur

2023-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsi Milli Məclisə göndərilib

Bakı, 30 may, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsi göndərilib.

Bu barədə AZƏRTAC-a Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Dövlət büdcəsinə yenidən baxılmanı şərtləndirən amillər:

İşğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı və sürətli bərpa-yenidənqurma işlərinin aparılması, vaxtilə öz doğma yurdlarından didərgin düşmüş vətəndaşlarımızın mərhələli şəkildə öz ata-baba yurdlarına qayıdışının təmin edilməsi, bu zəmində Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasının sürətləndirilməsi;

Azərbaycan Silahlı Qüvvələrinin müdafiə qabiliyyətinin artırılması, ölkənin sərhədlərinin möhkəmləndirilməsi, ölkə daxilində və xaricində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, dünyada gedən geosiyasi proseslərə, artan təhdidlərə və təhlükələrə, habelə qonşu dövlətlər tərəfindən Azərbaycan Respublikasına qarşı baş qaldıra biləcək istənilən təhdidin qarşısının alınması üçün hazırlıq səviyyəsinin yüksəldilməsi;

Beynəlxalq yardım proqramları və beynəlxalq müqavilələr üzrə imzalanmış öhdəliklərin qarşılanması, dövlət borcunun idarə edilməsi üzrə yeni yanaşmanın tətbiqi və bir sıra digər zəruri dövlət xərclərinin həyata keçirilməsi.

Cari ilin ötən dövrü ərzində dövlət büdcəsinin gəlirlərinin proqnozlara qarşı əhəmiyyətli dərəcədə çox olması, ölkə iqtisadiyyatının sosial-iqtisadi inkişafına dair ötən ilin payızında verilmiş proqnozun yenilənməsi və ümumi daxili məhsulun (ÜDM) əvvəlki proqnozla müqayisədə 5,6 milyard manat artırılması bu ilin dövlət büdcəsində əlavə maliyyə resurslarının yaranmasını və onların bölünməsini gündəmə gətirir.

2023-cü ilin yanvar-aprel aylarının makro-fiskal nəticələri və yenilənmiş makroiqtisadi proqnozlar

2023-cü ilin ilk dörd ayında ölkədə 40 milyard manatlıq, o cümlədən qeyri-neft-qaz sektorunda 22,7 milyard manatlıq ÜDM istehsal olunub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə 0,1 faiz, qeyri-neft sektoru üzrə isə 3,1 faiz artıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-aprel ayları ərzində ölkə iqtisadiyyatının əksər sahələrində, o cümlədən kənd təsərrüfatında 3,5 faiz, tikintidə 10,1 faiz və informasiya və rabitə sahəsində 12,1 faiz real artım, sənaye sahəsində isə neft hasilatının azalması ilə əlaqədar 2,6 faiz azalma qeydə alınıb.

2023-cü ilin yanvar-mart ayları ərzində xarici ticarət üzrə əməliyyatların həcmi real ifadədə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz artaraq 12,2 milyard ABŞ dollarına çatıb ki, bunun da 8,2 milyard ABŞ dolları ixrac əməliyyatlarının, 4,0 milyard ABŞ dolları isə idxal əməliyyatlarının payına düşür. Nəticədə xarici ticarət hesabında 4,2 milyard ABŞ dolları həcmində müsbət saldo yaranıb. Eyni zamanda, xarici ticarət dövriyyəsində qeyri-neft məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 23,2 faiz, real ifadədə 19,2 faiz artaraq 912,2 milyon ABŞ dollarına bərabər olub.

Bununla yanaşı, 2023-cü ilin yanvar-aprel aylarında “AzeriLight” markalı xam neftin bir barelinin orta ixrac qiyməti 85,8 ABŞ dollarına bərabər olub ki, bu da 2023-cü ilin təsdiq edilmiş büdcə parametrlərinin hesablanması zamanı götürülmüş qiymətdən 35,8 ABŞ dolları çoxdur.

Cari ilin ilk dörd ayında qeyri-neft sektorundakı ÜDM-in göstəricilərində qeydə alınan müsbət meyillər, həmçinin neft qiymətinin münbit dinamikası və inflyasiya səviyyəsinin sözügedən dövr ərzində yüksək (13,5 faiz) olması icmal və dövlət büdcəsinin gəlirlərinin artımını şərtləndirib.

Belə ki, 2023-cü ilin ilk dörd ayında icmal büdcənin gəlirləri 21262,8 milyon manat olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9154,7 milyon manat və ya 75,6 faiz çoxdur. İcmal büdcə xərcləri isə 9957,9 milyon manat olub ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 863,5 milyon manat və ya 9,5 faiz çoxdur. Cari ilin ilk dörd ayında icmal büdcədə faktiki olaraq 11304,9 milyon manat büdcə artıqlığı (profisit) yaranıb.

Cari ilin ilk dörd ayı ərzində dövlət büdcəsinin gəlirləri 11473,6 milyon manat proqnoza qarşı 12165,0 milyon manat və ya 106,0 faiz təşkil edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1477,5 milyon manat və ya 13,8 faiz çoxdur. 2023-cü ilin dörd ayı ərzində dövlət büdcəsinin gəlirlərinin 6433,0 milyon manatı qeyri-neft sektorunun payına düşüb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1048,5 milyon manat və ya 19,5 faiz çoxdur. Dövlət büdcəsinin gəlirlərinin tərkibində qeyri-neft sektoru üzrə daxilolmaların xüsusi çəkisi 52,9 faiz təşkil etməklə proqnoz göstəricisinə (46,7 faiz) nisbətən 6,2 faiz-bənd artıb.

2023-cü ilin dörd ayında dövlət büdcəsi xərclərinin 8321,6 milyon manat proqnoza qarşı 8929,7 milyon manat və ya 107,3 faiz icra edilməsinə baxmayaraq, dövlət büdcəsində 3235,3 milyon manat profisit qeydə alınıb.

Dünyada gedən qlobal iqtisadi və geosiyasi proseslər, enerji daşıyıcılarının qiyməti, 2022-ci ilin faktiki nəticələri və cari il üzrə müşahidə olunan tendensiyalar nəzərə alınmaqla, 2023-cü ilin may ayında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən cari il üzrə makroiqtisadi proqnozlar yenilənib.

Yenilənmiş makroiqtisadi proqnozlara əsasən baza ssenaridə ilin qalan dövrü üçün neftin bir barelinin orta ixrac qiyməti 60,0 ABŞ dolları götürülür (4 aylıq fakt 85,8 ABŞ dolları). 2023-cü ildə ÜDM-in real ifadədə 1,8 faiz artmaqla 111,6 milyard manata (əvvəlki proqnoza nəzərən 5,6 milyard manat çox), o cümlədən qeyri-neft ÜDM-in real ifadədə 4,9 faiz artmaqla 77,7 milyard manata (əvvəlki proqnoza nəzərən 4,4 milyard manat çox) çatacağı proqnozlaşdırılır. Orta illik inflyasiyanın isə cari ildə 10,4 faiz (əvvəlki proqnoza (6,9 faiz) nəzərən 3,5 faiz bənd çox olacağı gözlənilir.

Xərc istiqamətləri və maliyyə təminatı

Zəruri əlavə xərclərin maliyyə təminatının mənbələri kimi makroiqtisadi sabitliyə xələl gətirməyən, orta və uzunmüddətli inkişaf ssenarilərini dəstəkləyən gəlirlər və maliyyələşmə alətləri çıxış edir.

Dövlət büdcəsinin 4338,4 milyon manat məbləğində əlavə maliyyə tələbatı onun yenilənmiş proqnozlarına əsasən gəlirlərinin və Dövlət Neft Fondunun dövlət büdcəsinə transfertinin artırılması, təsdiq olunmuş bəzi xərclərin optimallaşdırılması və yerdəyişməsi nəticəsində formalaşan sərbəst vəsaitin, habelə dövlət büdcəsi kəsirinin böyüdülməsi hesabına aşağıda göstərildiyi kimi qarşılanması nəzərdə tutulur:

- əlavə qeyri-neft gəlirləri hesabına – 1562,8 milyon manat;

- əlavə neft gəlirləri hesabına – 1442,7 milyon manat o cümlədən Azərbaycan Respublikasının Dövlət Neft Fondundan 457,7 milyon manat transfert;

- dövlət büdcəsinin genişlənmiş kəsirinin maliyyələşmə mənbəyi kimi dövlət borclanması və özəlləşdirilmədən daxilolmalar hesabına – 210,0 milyon manat artırılması;

- dövlət büdcəsinin bəzi xərclərinin optimallaşdırılması və xərcləri arasında yerdəyişmə – 1122,9 milyon manat.

Yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin gəlirlərinin əsas parametrləri

Yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin gəlirləri 33779,5 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3005,5 milyon manat və ya 9,8 faiz çoxdur.

Dövlət büdcəsinin gəlirlərinin 52,5 faizi və ya 17739,7 milyon manatı neft sektorunun, 47,5 faizi və ya 16039,8 milyon manatı qeyri-neft sektorunun payına düşür. 2023-cü ilin təsdiq olunmuş göstəriciləri ilə müqayisədə neft sektoru üzrə gəlirlər 1442,7 milyon manat və ya 8,9 faiz, 2022-ci ilin icra göstəricisinə nisbətən 2410,1 milyon manat (15,7 faiz), qeyri-neft sektoru üzrə isə 1562,8 milyon manat və ya 10,8 faiz, 2022-ci ilin icra göstəricisinə nisbətən 689,8 milyon manat (4,5 faiz) artırılır.

Bütövlükdə dövlət büdcəsi gəlirlərinin tərkibində qeyri-neft gəlirlərinin xüsusi çəkisi təsdiq olunmuş göstəriciyə nisbətən 0,5 faiz-bənd artaraq 47,5 faiz təşkil edəcək.

Dövlət büdcəsi gəlirlərinin 14932,0 milyon manatı və ya 44,2 faizi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların, 5728,0 milyon manatı və ya 17,0 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 11737,7 milyon manatı və ya 34,7 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 801,0 milyon manatı və ya 2,4 faizi büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə daxilolmaların, 580,8 milyon manatı və ya 1,7 faizi sair gəlirlərin payına düşür.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların məbləği 14932,0 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin təsdiq olunmuş göstəricisinə nisbətən 1530,0 milyon manat və ya 11,4 faiz çoxdur.

Müvafiq olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 6002,0 milyon manatı və ya 40,2 faizi neft sektorunun, 8930,0 milyon manatı və ya 59,8 faizi isə qeyri-neft sektorunun payına düşəcək.

Yenidən baxılmış 2023-cü il dövlət büdcəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə qeyri-neft sektoru üzrə daxilolmalar 8930,0 milyon manata çatdırılır ki, bu da cari il üçün təsdiq olunmuş göstəriciləri ilə müqayisədə 545,0 milyon manat və ya 6,5 faiz, 2022-ci ilin icra göstəricisi ilə müqayisədə isə 793,7 milyon manat və ya 9,8 faiz çoxdur.

Yenidən baxılmış 2023-cü il üzrə büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə daxilolmalar ilkin proqnoza nisbətən 74,5 milyon manat və ya 10,3 faiz artırılaraq 801,0 milyon manat, dövlət büdcəsinin digər daxilolmaları 18,6 milyon manat və ya 3,3 faiz artırılaraq 580,8 milyon manat (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xətti ilə yenidən baxılmış daxilolmalar 5,0 milyon manat artırılaraq 25,0 milyon manat müəyyən edilib) səviyyəsində proqnozlaşdırılır.

Yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin xərclərinin əsas parametrləri

Yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin xərcləri 36568,8 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3215,5 milyon manat və ya 9,6 faiz, 2022-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 4504,2 milyon manat və ya 14,0 faiz çoxdur.

Yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 60,3 faizi həcmində və ya 22039,3 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 681,7 milyon manat və ya 3,0 faiz az), əsaslı xərclərə ümumi xərclərin 36,5 faizi həcmində və ya 13347,0 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 3719,7 milyon manat və ya 38,6 faiz çox), dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 3,2 faizi həcmində və ya 1182,5 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 177,5 milyon manat və ya 17,7 faiz çox) vəsait yönəldiləcək.

Müvafiq olaraq dövlət büdcəsinin tərkibində əsaslı xərclərin xüsusi çəkisi 7,7 faiz-bənd, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi 0,2 faiz-bənd artacaq, cari xərclərin xüsusi çəkisi isə 7,9 faiz-bənd azalacaq.

Bütövlükdə əlavə tələb olunan zəruri xərclərin aşağıdakı əsas istiqamətlər üzrə istifadəsi nəzərdə tutulur:

- Azərbaycan Respublikasının işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclərinin artımı üçün 2260,0 milyon manat. Artımdan sonra bu xərc 5260,0 milyon manat məbləğində olacaq;

- ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması üçün 1105,0 milyon manat, o cümlədən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər üçün 1000,0 milyon manat. Artımdan sonra xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 3070,0 milyon manat təşkil edəcək.

Digər zəruri xərclər 973,4 milyon manat, o cümlədən:

- iqtisadi dəstək və digər iqtisadi fəaliyyət (Azərbaycan-Özbəkistan İnvestisiya və Azərbaycan-Qırğız İnkişaf fondlarının nizamnamə kapitalında Azərbaycan tərəfinin payı və digər tədbirlər üzrə) 347,5 milyon manat;

- dövlət borcuna xidmətlə bağlı xərclər 177,5 milyon manat;

- dəmir yolu, elektrik təchizatı və digər infrastruktur layihələri üzrə yenidənqurma və əsaslı təmir işləri 128,0 milyon manat;

- beynəlxalq münasibətlər və digər beynəlxalq fəaliyyətlə bağlı xərclər (xaricdəki diplomatik və digər nümayəndəliklərdə əməyin ödənişi sistemində aparılan islahatla bağlı xərclər, beynəlxalq yardım və s.) 139,6 milyon manat;

- dövlət büdcəsindən maliyyələşən bəzi təşkilatların büdcədənkənar xərclərinin artırılması 79,0 milyon manat;

- bəzi büdcə təşkilatlarının maddi-texniki təminatının yaxşılaşdırılması, Naxçıvan Muxtar Respublikasının bəzi dövlət orqanlarının maliyyələşdirilməsinin muxtar respublikanın büdcəsindən çıxarılaraq dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri hesabına təmin edilməsi və digər zəruri dövlət xərclərin maliyyə təminatı 101,8 milyon manat.

Yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin yerli gəlir və xərcləri 7,7 milyon manat və ya 1,0 faiz artırılaraq müvafiq olaraq 764,7 milyon manat və 777,0 milyon manat məbləğində, yerli gəlir və xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımı isə (12,3 milyon manat) təsdiq olunmuş səviyyədə nəzərdə tutulur.

Dövlət büdcəsinin kəsiri

Yenidən baxılmış 2023-cü ilin dövlət büdcəsinin kəsiri 210,0 milyon manat artırılaraq 2789,3 milyon manat məbləğinə çatdırılır. Kəsirin artımının maliyyələşdirilməsi daxili borclanmadan cəlb olunan vəsait və özəlləşmədən əlavə daxilolmalar hesabına təmin ediləcək. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 2,5 faiz həcmində olacaq.

Yenidən baxılacaq 2023-cü il icmal büdcənin əsas parametrləri

Yenidən baxılmış 2023-cü il icmal büdcənin gəlirləri 42949,1 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 9923,4 milyon manat və ya 30,0 faiz çoxdur.

İcmal büdcənin xərcləri 41213,9 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3244,5 milyon manat və ya 8,5 faiz, 2022-ci ilin icra göstəricisinə nisbətən isə 6140,3 milyon manat və ya 17,5 faiz çoxdur.

İcmal büdcə 4943,6 milyon manat kəsirlə proqnozlaşdırılsa da, 6678,9 milyon manat əlavə gəlirləri hesabına 1735,3 milyon manat profisit yaranacaq.

İcmal büdcənin tərkibinə daxil olan Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin gəlirləri cari ilin təsdiq olunmuş göstərici ilə müqayisədə 7346,6 milyon manat və ya 81,7 faiz artırılaraq 16337,5 milyon manat məbləğində nəzərdə tutulur.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin xərcləri 11812,9 milyon manat təşkil edəcəkdir ki, bu da cari ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 457,7 milyon manat və ya 4 faiz çoxdur.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun büdcəsinin gəlirləri və xərcləri bərabər olaraq 4,0 milyon manat (0,1 faiz) artırılmaqla 6268,0 milyon manat təşkil edəcək.

İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri bərabər olaraq 5,0 milyon manat (2,4 faiz) artırılmaqla 217,7 milyon manat təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasının büdcəsinin öz gəlirlərinin 19,9 milyon manat artırılması və bəzi dövlət orqanlarının maliyyələşdirilməsinin (9,9 milyon manat) muxtar respublikanın büdcəsindən çıxarılaraq dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri hesabına təmin edilməsi nəzərdə tutulur. Yuxarıdakı səbəblərə görə muxtar respublikanın büdcəsinə dövlət büdcəsindən ayrılan dotasiya 29,8 milyon manat və ya 6,2 faiz azaldılıb. Bunlar nəzərə alınmaqla, Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri və xərcləri təsdiq olunmuş göstəriciyə nisbətən 9,8 milyon və ya 1,6 faiz manat azaldılmaqla 604,8 milyon manat təşkil edəcək.

Yenilənmiş icmal büdcənin və dövlət borcunun müvafiq parametrləri büdcə qaydası üzrə 2023-cü ilin sonuna müəyyən edilmiş yuxarı hədlərini gözləyir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Bu ilin yanvar-avqust ayları ərzində 337 min 787 çıxarış verilib

MDU-nun koordinatoru olduğu Erasmus+ layihəsinin növbəti təlimlərinə start verilib

Milli Məclisin sədri: Heç bir suveren dövlət, o cümlədən də Azərbaycan öz ərazisində qanunsuz hərbi mövcudluğu qəbul edə bilməz

Sahibə Qafarova fransalı spikerə: Qəbul etdiyiniz qətnamələr beynəlxalq hüququn prinsiplərinə ziddir

Azərbaycan millisinin Karate1 turniri üçün heyəti açıqlanıb

Birinci vitse-prezident Mehriban Əliyeva Qənirə Paşayevanın dəfni ilə bağlı məsələləri nəzarətə götürüb

UNESCO-da Hacı Zeynalabdin Tağıyevin 200 illiyinə həsr edilmiş fotosərginin açılışı olub

Elçin Əmirbəyov: Qarabağ bölgəsinin erməni sakinlərinin Azərbaycan ərazisini tərk etməsi onların könüllü və fərdi qərarıdır

Azərbaycan səfiri Kolumbiya Konqresində ölkəmizlə bağlı təqdimatla çıxış edib

Azərbaycan İlahiyyat İnstitutu Tbilisi İlahiyyat Akademiyası və Seminariyası ilə əməkdaşlıq edəcək

Bakı-Quba yolunda iki yük maşını toqquşub, ölən və xəsarət alanlar var

Soçidə MDB ölkələrinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclası olub

Sahibə Qafarova Parlament Spikerlərinin Avropa Konfransının açılış mərasimində iştirak edib

Vüqar Rəhimzadə: Qondarma qurumun tarixin zibilliyinə atılması 200 illik erməni layihəsinin darmadağın edilməsidir

Bakıda Kosmik Nəsil Məşvərət Şurasının 21-ci Kosmik Nəsil Konqresi keçirilir

Milli Məclisin deputatı Qənirə Paşayeva vəfat edib

Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclasında Azərbaycana dəstəyin davam edəcəyi bildirilib

Ceyhun Bayramov Böyük Britaniyanın Avropa regionu üzrə dövlət nazirini bölgədəki mövcud vəziyyət barədə məlumatlandırıb

Elçin Əmirbəyov: Azərbaycan və Ermənistanın mehriban qonşu olmaqdan başqa yolu yoxdur

Çin Xalq Respublikasının yaradılmasının 74 illiyi münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib

Şahin Mustafayev: Hazırda Azərbaycan-Çin münasibətləri hərtərəfli inkişaf dövrünü yaşayır

Çin ilə Azərbaycan arasında humanitar və mədəni sahələrdə əməkdaşlıq inkişaf edir

Baş nazir Əli Əsədov Tacikistan Baş nazirinin dəvəti ilə Düşənbəyə işgüzar səfərə gəlib

Azad rəqabət mühitinin formalaşdırılmasında Heydər Əliyevin roluna həsr olunmuş forum keçirilib

Səfir: Çin və Azərbaycan qarşılıqlı faydalı əməkdaşlığı genişləndirir, ənənəvi dostluğu möhkəmləndirir

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI

Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası olub

Dövlət Komitəsinin sədri Tbilisidə bir sıra görüşlər keçirib

Gürcüstanda yaşayan soydaşlarımız və şəhid ailələri ilə görüş keçirilib

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

Zəngilan şəhərində 160 yerlik uşaq bağçasının təməli qoyulub YENİLƏNİB VİDEO

Müşavir: Türkiyə Azərbaycanı hər zaman dəstəkləyəcək

Söyüdlüdəki şirkətin fəaliyyətinin bərpasına tələblərdən biri - yeni texnologiyaların tətbiqidir

Prezident İlham Əliyev Zəngilan şəhərində 4-cü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak edib YENİLƏNİB VİDEO

AHİK-in VI Məclisinin iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqə üzrə test imtahanının tarixi açıqlanıb

Jurnalistlər üçün Azərbaycanın xarici siyasəti mövzusunda təlim keçirilib

Zəngilan şəhərində 3-cü yaşayış kompleksinin təməli qoyulub YENİLƏNİB VİDEO

Allahşükür Paşazadə Təzəpir məscidini inşa etdirmiş xeyriyyəçinin nəvəsi ilə görüşüb

İrpen Humanitar Liseyi ilə Naxçıvanın Şahtaxtı kənd tam orta məktəbi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Heydər Əliyev Fondu tərəfindən inşa edilən Zəngilan şəhər məscidində görülən işlərlə tanışlıq YENİLƏNİB VİDEO

Şirkət rəhbəri: Söyüdlü sakinlərini öncədən məlumatlandırmalı idik

Səudiyyə Ərəbistanının nəşri Azərbaycanın Qarabağda suverenliyini tam bərpa etməsindən yazıb

Zəngilan şəhərində 2-ci yaşayış kompleksinin təməli qoyulub YENİLƏNİB VİDEO

Azərbaycan beynəlxalq axtarışda olan üç nəfəri Rusiyaya təhvil verib

TRASEKA Fondunun sənədlərinin yenidən işlənməsi üzrə İşçi qrupu işə başlayıb

“AzerGold” istiqrazlarının tədavülü uğurla yekunlaşıb

Fövqəladə hallarla bağlı davranış qaydaları barədə ümumtəhsil məktəblərinin direktorlarına məlumat verilib

“Gəncə” klubunun yeni baş məşqçisi: Bu şəhərə layiq komanda quracağıq

Ukrayna ordu üçün 125 mindən çox dron alıb

Prokurorluq orqanları şəhid olmuş əməkdaşlarının ailələrinə hər zaman dəstək olacaq

AZAL Turizm İşçiləri Günü münasibətilə 29 faiz endirim elan edir

Mərkəzi Elmi Kitabxanada keçirilən növbəti “Vikipediya” təlimləri yekunlaşıb

Bəşəriyyətə şölə saçan teatr günəşi

Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan kəndinin təməlini qoyub YENİLƏNİB

Beynəlxalq Qızlar Günü ərəfəsində qızlar üçün kibertəhlükəsizlik təlimi keçiriləcək

Gənc Tamaşaçılar Teatrı oktyabr repertuarını açıqlayıb

Apellyasiya Arbitraj Tribunalı “Zirə” klubunun şikayətini qismən təmin edib

Nadir Zeynalov: Söyüdlüdə əhalinin sağlamlıq vəziyyəti kifayət qədər qənaətbəxşdir

Azərbaycan və Ukraynanın ümumi təhsil müəssisələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Milli Kitabxanada Azərbaycan bəstəkarlarının not məcmuələrinin təqdimat mərasimi olub

Prezident İlham Əliyev “AzərEnerji” ASC-nin “Cahangirbəyli” Su Elektrik Stansiyasının açılışında iştirak edib YENİLƏNİB VİDEO

İndiyədək 23 aqropark qeydiyyata alınıb

AQTİ müvafiq sahələr üzrə ali təhsilli mütəxəssisləri əməkdaşlığa dəvət edir

Nüfuzlu “Turizm Oskarı”nın təqdimatı mərasimi ilk dəfə Gürcüstanda keçiriləcək

Çin şirkətləri ilə Azərbaycanda elektriklə işləyən avtobusların istehsalı müəssisələrinin yaradılması müzakirə olunub

Günay Əfəndiyeva Qırğızıstan Milli Universitetinin fəxri professoru adına layiq görülüb

Honkonq bu il Rusiyadan qızıl idxalını 10 dəfə artırıb

Dmitri Peskov: Erməni əhalinin Qarabağdan getməsinin real səbəbləri yoxdur

Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışı olub YENİLƏNİB VİDEO

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsi noyabrda keçiriləcək

“Qlobal İnnovasiya İndeksi - 2023” reytinqində Azərbaycan göstəricilərini dörd pillə yaxşılaşdırıb

“New Straits Times”: “Qarabağ: “Etnik təmizləmə”nin arxasında duran həqiqət” adlı məqalə yayıb

Sosial şəbəkələrdə vətəndaşları kiber üsullarla talayan şəxs saxlanılıb

“Zəfər dastanı” onlayn respublika şeir və mahnı müsabiqəsinə start verilir

Türkiyənin təhlükəsizlik qüvvələri sentyabrda 58 terrorçunu zərərsizləşdirib

Məktəbəqədər təhsil mövzusunda görüş

1991-1994-cü illərdə Türkiyənin xarici işlər naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Hikmət Çətindən

Prezident İlham Əliyev Zəngilan rayonunun Alıbəyli kəndinin təməlini qoyub  YENİLƏNİB VİDEO

İraqda “Ortaq mədəniyyətin övladları - İraq türkmanları və Azərbaycan” kitabının təqdimatı keçirilib

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatı VİDEO

“Azərişıq” ASC-nin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib YENİLƏNİB VİDEO

“Borçalıdan Şuşaya gedən yol” kitabının ikinci hissəsi çap olunub

AHİK sədrinə iki yeni müavin seçilib

Hüquq və İnsan Haqları İnstitutu Sumqayıtda hüquqşünaslar üçün növbəti təlim təşkil edib

Kreml Ermənistanın Roma statutunu ratifikasiya etmək qərarını düşmənçilik kimi qiymətləndirib

Dövlətyarlı kəndi ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpa olunacaq

® “AccessBank” və “Enabling Qapital Ltd” ilə daha bir kredit müqaviləsi imzalayıb

“Azərbaycanda iqlim dəyişkənliyinin meşə təsərrüfatına təsirinin qiymətləndirilməsi” - seminar

Avropa çempionatı: Azərbaycanın U-17 yığmasının seçmə mərhələ üçün heyəti açıqlanıb

Şəmkir sakinini özünü öldürmə həddinə çatdıran şəxs həbs olunub

Prezident İlham Əliyev Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə tanış olub YENİLƏNİB VİDEO

Təhsil müəssisələrinin payız-qış mövsümünə hazırlığı müzakirə olunub

Sabirabadda toxum sərgi-satış yarmarkası keçirilib

Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi açıqlanıb

“Libwebp” kitabxanasına təsir edən kritik boşluq aşkarlanıb

Söyüdlüdə "Anglo Asian Mining" şirkətinin işçiləri arasında peşə xəstəliyi aşkarlanmayıb

Şəhid Əfqan Nəsirova məxsus materiallar Tarix Muzeyinə təqdim edilib

Dövlət Xidməti: Hərracda 13 faydalı qazıntı yatağı istifadəyə verilib

® “Birbank Biznes” bizneslə məşğul olanlara növbəti onlayn xidməti təqdim edir