Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 5 faiz çox icra olunub

Bakı, 30 yanvar, AZƏRTAC

Azərbaycan Respublikası Maliyyə Nazirliyində 2022-ci ilin yekunlarına həsr olunmuş geniş tərkibdə kollegiya iclası keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Maliyyə Nazirliyinin struktur bölmələrinin, tabeliyindəki qurumların və yerli maliyyə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən kollegiya iclasında maliyyə naziri, Kollegiyanın sədri Samir Şərifov 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə mürəkkəb geosiyasi və iqtisadi şəraitdə ölkəmizin sosial-iqtisadi inkişafında olduqca müsbət nəticələrə imza atıldığını, iqtisadi artımın proqnozlaşdırılandan yüksək olduğunu, maliyyə mövqelərimizin daha da möhkəmləndiyini, Dövlət Neft Fondunun və Mərkəzi Bankın sərəncamında olan valyuta ehtiyatlarının artdığını qeyd edib. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli inkişaf Prioritetləri” əsasında qəbul olunmuş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sənədinin icrasına başlanıldığını, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası işlərinin geniş vüsət aldığını xatırladan Kollegiyanın sədri bildirib ki, yenidənqurmanın və bərpanın ikinci ilində işğaldan azad olunmuş ərazilərin bərpası üçün 2022-ci ilin dövlət büdcəsindən ümumilikdə 4 milyard 315 milyon manat vəsait ayrılıb: “Bu məqsədlər üçün ilkin proqnozlaşdırılan 2 milyard 670 milyon manat vəsait 60 faizdən yuxarı artırılıb. Bu, ötən ilin dövlət büdcəsindəki vəsaitlərin çevik idarəedilməsi hesabına mümkün olub. Ümumilikdə, iki il ərzində işğaldan azad olunmuş ərazilərin təkcə bərpa və yenidənqurulması işləri üçün dövlət büdcəsindən 6,5 milyard manat vəsait maliyyələşdirilib”.

Maliyyə naziri qeyd edib ki, 2022-ci ilin dövlət büdcəsinin icrası müsbət qiymətləndirilə bilər. Belə ki, dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 1 milyard 463 milyon manat və ya 5 faiz çox icra olunub, proqnozlaşdırılan 32 milyard 304 milyon manat xərclər isə 99,3 faiz səviyyəsində - 240 milyon manat az icra edilib. Dövlət büdcəsinin kəsri ilkin nəzərdə tutulduğundan 55 faiz az olub.

Vurğulanıb ki, dünyada inflyasiya meyillərinin güclənməsinin Azərbaycana da göstərdiyi mənfi təsirlərin neytrallaşdırılması məqsədilə sosial-həssas əhali qruplarının gəlirlərinin inflyasiyadan qorunması istiqamətində məqsədyönlü tədbirlər görülüb, o cümlədən dövlətimizin başçısının sərəncamları ilə ötən il ərzində pensiyaların, əməkhaqlarının və digər sosial müavinətlərin artırılması ilə bağlı qərarlar qəbul edilib və cari ildə də sosial sahədə bu siyasət davam etdirilməkdədir.

2022-ci ilin həm də xarici borcun əhəmiyyətli şəkildə azaldılması və daxili borc bazarının inkişaf etdirilməsi ilə səciyyəvi olduğunu deyən Samir Şərifov bu işlərin 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilən və ötən ilin sonunda yenilənən “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” sənədi əsasında həyata keçirildiyini diqqətə çatdırıb. O qeyd edib ki, xarici borcun ÜDM-ə nisbəti birrəqəmli göstəriciyədək endirilib və 8,6 faiz təşkil edib. Eyni zamanda, “Büdcə sistemi haqqında” Qanuna və digər normativ sənədlərə edilən zəruri dəyişikliklərlə 2022-ci ildən büdcə qaydasının tətbiqinin bərpası təmin edilib, qayda əsasında il üzrə hədəflənən nəticələrə nail olunub, bu da fiskal dayanıqlığın və makroiqtisadi sabitliyin gücləndirilməsinə əhəmiyyətli töhfə verməkdədir.

Kollegiya sədri diqqətə çatdırıb ki, 2022-ci ildə Prezident İlham Əliyevin Maliyyə Nazirliyi qarşısında qoyduğu əhəmiyyətli maliyyə tutumuna malik olan tapşırıqların, dövlət büdcəsi ilə maliyyələşdirilməsi nəzərdə tutulan bütün dövlət vəzifələrinin və sosial proqramların, o cümlədən müdafiə, milli təhlükəsizlik, işğaldan azad edilmiş ərazilərin bərpası, sosial təminat və əhalinin sosial müdafiəsinin gücləndirilməsi, biznesə iqtisadi dəstək tədbirləri, habelə təhsil, səhiyyə, investisiya, mədəniyyət, idman və digər sahələrdə zəruri xərclərin maliyyələşdirilməsi tam və vaxtında təmin edilib. Eyni zamanda, dövlət büdcəsi iqtisadi fəallıq üçün investisiyaların təmin olunmasında aktiv mənbə olub. Həmçinin nazir qeyd edib ki, ötən il büdcə sənədi ilə bağlı şəffaflığın və hesabatlılığın artırılması, ictimaiyyətin və vətəndaş cəmiyyəti institutlarının büdcə göstəricilərinə əlçatanlığının genişləndirilməsi istiqamətində də mühüm addımlar atılıb. Dövlət maliyyəsinin idarə olunmasının keyfiyyətcə yeni mərhələyə keçməsi ilə bağlı sistemli şəkildə görülən işlər büdcə şəffaflığı və hesabatlılığına dair əsas diaqnostik qiymətləndirmə alətlərindən biri olan Açıq Büdcə İndeksində yüksək qiymətləndirilib. Belə ki, Beynəlxalq büdcə tərəfdaşlığı təşkilatının müəyyən etdiyi Açıq büdcə indeksində Azərbaycanın mövqeyi xeyli yaxşılaşaraq 120 ölkə arasında ötən qiymətləndirmədəki 81-ci yerdən 44-cü yerə yüksəlib.

Kollegiya iclasında ötən ilin dövlət büdcəsinin icra vəziyyəti, dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2018-2022-ci illər üzrə icrası və 2023-2025-ci illər üzrə hədəfləri, habelə Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı görülmüş və nəzərdə tutulan tədbirlər haqqında və Dövlət Maliyyə Nəzarəti Xidmətinin ötənilki fəaliyyətinin nəticələri, habelə qarşıda duran vəzifələr haqqında müzakirələr aparılıb.

2022-ci ilin dövlət və icmal büdcələrinin icrasının dinamikasının müsbət olduğu qeyd edilib. Beləki, operativ məlumatlara əsasən, 2022-ci ildə icmal büdcənin gəlirləri 42 milyard 290 milyon manat və ya proqnoza qarşı 5 milyard 529 milyon manat (15 faiz) çox olub. İcmal büdcənin xərcləri 35 milyard 61 milyon manat icra olunub ki, bu da 2021-ci illə müqayisədə 5 milyard 71 milyon manat və ya 16,9 faiz çoxdur. İcmal büdcədə 7 milyard 229 milyon manat büdcə artıqlığı (profisit) yaranıb ki, bu da proqnoza nisbətən 6,5 dəfə çoxdur. 2022-ci ildə dövlət büdcəsinin gəlirləri 30 milyard 661 milyon manat və ya 2021-ci illə müqayisədə 4 milyard 264 milyon manat (16,2 faiz) çox, dövlət büdcəsinin xərcləri isə 32 milyard 63 milyon manat və ya 2021-ci illə müqayisədə 4 milyard 641 milyon manat (16,9 faiz) çox icra olunub.

Hesabat ilində vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalarda müşahidə olunan müsbət dinamika Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 3 milyard 595 milyon manat və ya 31,2 faiz az istifadə olunmasına imkan verib. Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 11 milyard 518 milyon manat məbləğində transfertə qarşı 7 milyard 923 milyon manat məbləğində vəsait daxil olub. 2022-ci ilin dövlət büdcəsinin kəsiri proqnozlaşdırılan 3 milyard 106 milyon manata qarşı 1 milyard 403 milyon manat və ya proqnozlaşdırılan kəsirdən 1 milyard 703 milyon manat (54,8 faiz) az olub. Kəsirin proqnoza qarşı daralması ilk növbədə fiskal orqanlar tərəfindən dövlət büdcəsinə daxilolmaların artıqlaması ilə təmin edilməsi hesabına olub. Eyni zamanda, ötən ildə nəticəəsaslı büdcə mexanizminin tətbiqi ilə əlaqədar olaraq dövlət büdcəsi xərclərinin funksional təsnifatının təhsil, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi bölmələri üzrə ortamüddətli xərclər çərçivəsinin icrası davam etdirilib.

Məlumat verilib ki, dövlət və icmal büdcə layihələrinin tərtibi prosesinin avtomatlaşdırılması istiqamətində görülən işlər çərçivəsində Büdcə Məlumat İdarəetmə Sisteminin yaradılması üçün nazirliyin iştirakı ilə icraçı təşkilatlar tərəfindən yaradılan proqram təminatı sınaqlardan keçirilərək artıq pilot rejimində istifadəyə verilib. Habelə 2022-ci il ərzində dövlət xəzinədarlığının idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində aparılan tədbirlər nəticəsində ölkənin iqtisadi rayonlarının bölgüsünə uyğun olaraq regional xəzinədarlıq idarələrinin yenidən təşkili həyata keçirilib. Bu proses nəticəsində əvvəl mövcud olmuş 16 regional xəzinədarlıq idarəsi əvəzinə yeni 12 regional xəzinədarlıq idarəsi fəaliyyət göstərir.

Hesabat dövrü ərzində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən xəzinə əməliyyatlarının keyfiyyətinin artırılması, elektron məlumat mübadiləsinin genişləndirilməsi, məlumat informasiya bazasının müasir dövrün tələblərinə uyğunlaşdırılması məqsədilə “Xəzinədarlığın informasiya idarəetmə portalı” təkmilləşdirilərək büdcə təşkilatlarının istifadəsinə verilib. Yenilənmiş versiyada ölkəmizdə mövcud olan bütün növ rəqəmsal imzalarla əməliyyatların aparılması təmin edilib, müvafiq təhlillərin aparılması və nəzarətin gücləndirilməsi üçün müvafiq alətlər yaradılıb. Cari ildə də bu sahədə bir sıra yeniliklərin həyata keçirilməsi nəzərdə tutulur. Büdcə xərclərinin daha səmərəli, qənaətli, məqsədyönlü istifadəsinin təmin edilməsi və izafi xərclərin qarşısının alınmasının qarşıya qoyulan əsas vəzifələrdən biri olduğunu vurğulayan S.Şərifov nazirliyin struktur bölmələrinə və yerli maliyyə orqanlarına bununla bağlı konkret tapşırıqlar verib.

Müzakirələr zamanı “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da qeyd olunan strateji məqsədlər üzrə müəyyən edilən hədəflərə nail olunduğu, həm ortamüddətli, həm də uzunmüddətli dövrdə dövlət büdcəsinin maliyyə ehtiyaclarını nəzərə almaqla dövlət borcunun dayanıqlılığının təmin edildiyi bildirilib. Belə ki, 2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 30 faizdən çox olmaması və 2025-ci ilədək 20 faizdən aşağı salınması hədəflənib. Strategiyanın icrası nəticəsində ümumi dövlət borcunun ÜDM-də payı 2018-ci il iyulun 1-i, yəni Strategiyanın qəbul olunduğu dövr ilə müqayisədə 21,4 faizdən 9,7 faiz bənd azalaraq, bu il yanvarın 1-nə 11,7 faiz təşkil edib. Eyni dövr ərzində xarici dövlət borcunun ÜDM-ə nisbəti 20,3 faizdən 8,6 faizə azalıb, daxili dövlət borcunun ÜDM-ə nisbəti isə 1,1 faizdən 3,1 faizə artıb. Növbəti strateji məqsəd kimi dövlət borcu üzrə risk parametrlərinin aşağı salınması, o cümlədən daxili borcalmanın artırılmasına üstünlük verilməklə, xarici borcalmanın tədricən azaldılması hesabına məzənnə riskinin azaldılması, faiz dərəcələrinin artım riskinin qarşısının alınması məqsədilə dəyişkən faizli borcların sabit faizli borclarla əvəz edilməsi nəzərdə tutulur. Qeyd olunmalıdır ki, Strategiyanın təsdiq olunduğu tarixdən etibarən ümumi dövlət borc portfelində xarici valyutada olan borcun payı 94 faizdən 20 faiz bəndi azaldılaraq cari ilin əvvəlinə 74 faiz təşkil edib, müvafiq olaraq daxili valyutada olan borcun payı isə 6 faizdən 26 faizə qədər yüksəlib.

Bununla yanaşı, dəyişkən faiz dərəcələrinin istinad faiz dərəcələri (bençmark) ən aşağı səviyyədə olduğu zamanlarda, yəni 2020-2021-ci illərdə sabitləşdirilməsi təmin edilmiş və dəyişkən faiz dərəcəli borcun ümumi borc portfelində payı 2018-ci il iyulun 1-i ilə müqayisədə 49,7 faizdən bu il yanvarın 1-nə 35 faizdən aşağı səviyyəsinə endirilib. Bu isə öz növbəsində, dövlət büdcəsinin xarici dövlət borcuna xidmət xərclərinə qənaət edilməsinə imkan yaratmaqdadır. 2022-ci il ərzində əsas strateji məqsədlərdən biri kimi yerli maliyyə bazarlarının inkişafının dəstəklənməsi istiqamətində də mühüm addımlar atılıb. Belə ki, 2018-ci il iyulun 1- ilə müqayisədə dövriyyədə olan dövlət qiymətli kağızlarının həcmi 3,4 milyard manat artırılaraq 2023-cü ilin əvvəlinə 4,2 milyard manata çatdırılıb, bu dövr ərzində dövriyyədə olan dövlət qiymətli kağızlarının ÜDM-ə nisbəti 1 faizdən 3,1 faizədək artırılıb. Strategiyanın təsdiq olunduğu dövrdə yalnız qısa (1 illik) və ortamüddətli (2 illik və 3 illik) dövlət qiymətli kağızları yerləşdirildiyi halda, son dövrdə daha uzunmüddətli, yəni dövriyyə müddəti 5 və hətta 7 illik dövlət istiqrazlarının yerləşdirilməsi təmin edilib və bununla da dövlət istiqrazları üzrə orta geri ödəniş müddəti Strategiyanın icrası dövründə əhəmiyyətli dərəcədə artırılıb. Bununla yanaşı, yeni institusional və korporativ investorların, habelə fiziki şəxslərin cəlb edilməsi ilə dövlət istiqrazlarının investor bazası genişləndirilib.

Qeyd olunub ki, il ərzində Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin fəaliyyətinin beynəlxalq praktikaya uyğun təşkil edilməsi ilə bağlı işlər davam etdirilib, o cümlədən əməliyyat effektivliyinin artırılmasını, strukturun təkmilləşdirilməsini, kadr potensialının gücləndirilməsini əhatə edən islahatlar aparılıb, hazırlanan müvafiq daxili təlimatların və qaydaların tətbiqinə başlanılıb. Müzakirələr zamanı bildirilib ki, 2022-ci il ərzində dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə səmərəli xərclənməsi üzərində nəzarəti təmin etmək məqsədilə aparılmış nəzarət tədbirləri ilə vəsaitin xərclənməsini tənzimləyən qanunvericiliyin, maliyyə qaydalarının və normalarının tələblərinə əməl edilməməsi hesabına büdcə vəsaitlərinin artıq və əsassız xərcləndiyi, bəzi hallarda ciddi maliyyə pozuntularına yol verildiyi aşkar edilib. Belə ki, il ərzində ümumilikdə 185 nəzarət obyektində aparılmış maliyyə nəzarət tədbirləri ilə aşkar olunmuş 225 milyon 710 min manat məbləğində artıq və əsassız ödənişlərin 35,1 milyon manatının yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə bərpası təmin edilib, yerdə qalan vəsaitin bərpası ilə əlaqədar, habelə nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində hüquq-mühafizə orqanları tərəfindən tədbirlər görülür.

Cari ildə Maliyyə Nazirliyinin qarşısında duran mühüm vəzifələrindən əsası 2024-cü il dövlət və icmal büdcə layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin vaxtında və keyfiyyətlə hazırlanması işlərinin təşkili və müvafiq büdcə zərflərinin hazırlanıb aidiyyəti üzrə təqdim edilməsi olduğunu vurğulayan maliyyə naziri Samir Şərifov bununla bağlı qanunvericiliyə uyğun olaraq başlanılmış işlərin müvafiq icra ardıcıllığına uyğun olaraq davam etdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

İclasda müzakirə olunan məsələlərə dair müvafiq qərarlar qəbul edilib.

Sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunmuş nazirlik əməkdaşlarına medallar təqdim edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan nefti cüzi bahalaşıb

Neftçalada saxlanılan şəxsdən 12 kiloqram narkotik götürülüb

Lənkəranda yanğın zamanı yaşlı qadın həlak olub

Yevlaxda narkotik tərkibli bitki yetişdirən şəxs saxlanılıb

Culian Assanj Britaniyanı tərk edib 

Culfada bacısını öldürməkdə şübhəli bilinən şəxs tutulub

Misirdə 33 antik qəbir aşkar edilib

Amerika Kuboku: Kolumbiya qalib gəlib, Braziliya xal itirib

Avropa Komissiyası “Apple” şirkətini cərimələməyə hazırlaşır

Culian Assanj ABŞ hökuməti ilə razılaşıb

İndoneziya məlumat mərkəzinə kiberhücum olub

Pentaqon rəhbəri israilli həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək

Hanter Baydenin vəkilləri təkrar məhkəmə ilə bağlı vəsatət qaldırıblar

Qazaxıstan nümayəndə heyəti “ASAN xidmət”də olub

Metyu Miller: Azərbaycan və Ermənistan arasındakı əlaqələri dəstəkləməyə davam edirik

Avro-2024: İspaniya və İtaliya 1/8 finala yüksəlib

“Turkish Airlines” doqquzuncu dəfə Avropanın ən yaxşı aviaşirkəti elan olunub

Vyanada Tofiq Əhmədovun 100 illik yubileyinə həsr olunmuş konsert təşkil olunub

Türkoloqlar Bişkekdə Mahmud Kaşğari irsini müzakirə ediblər

Avropa çempionatı: Azərbaycan güləşçisi finala vəsiqə qazanıb

Qızıl medal qazanan Azərbaycan ağırlıqqaldıranı: Belə nəticə əldə edəcəyimizə inanırdıq

Yığmanın baş məşqçisi: Bu nəticə idmançılar üçün böyük motivasiyadır

Firdovsi Umudov: Avropa birinciliyində nəticə qazanan idmançılar gələcəyin Olimpiya mükafatçılarıdır

2024-cü ildə ABŞ-da polis 545 nəfəri qətlə yetirib

Avropa birinciliyində yüksək nəticələr əldə edən Azərbaycan ağırlıqqaldıranları Vətənə qayıdıblar

DSMF beynəlxalq təşkilatın Mükəmməllik Sertifikatına layiq görüldü

Bakıda “Rus klassikası” adlı qala-konsert keçirilib

Bayram günlərində Türkiyənin muzey və mədəni obyektlərini milyondan çox adam ziyarət edib

Sertifikatlaşdırma imtahanının nəticələri ilə bağlı apellyasiya müraciətlərinin qəbuluna başlanılıb

Xankəndi şəhərində elmi-praktik konfrans keçirilib

Qubada sel Qusarçayın sahilini yuyub, yol çöküb VİDEO

Türkər Əliyeva: Mediasiya tərəflərə mübahisələri daha qısa müddətdə həll etməyə imkan yaradır

QHT nümayəndələri Qubadlıda sərhədçilərlə görüşüblər VİDEO

Professor Mönsüm Alışovun 70 illik yubileyi qeyd olunub

Bakıda 150-dən çox şirkətin məhsul və xidmətlərini təqdim etdiyi “5-ci yerli şirkətlərin tanıtım sərgisi” keçirilir YENİLƏNİB VİDEO

Salyan şosesinin bir hissəsində təmir işlərinə başlanılıb

Azərbaycan basketbol millisi Avropa çempionatına hazırlığın ikinci mərhələsinə start verib

Azərbaycanlı şahmatçı İngiltərə çempionu olub

Xətai rayonunda Azərbaycan Silahlı Qüvvələri Günü ilə əlaqədar dəyirmi masa təşkil olunub

Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi yekunlaşıb

Samux rayonunda “Son zəng” tədbirləri barədə təlimatın pozulduğu məktəbin direktoru işdən azad edilib

“Aztelekom”un 3000-ə yaxın əməkdaşına əməyin mühafizəsi üzrə təlimlər keçilib

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin Forumu təqdimatlarla davam edib

Parisdə azərbaycanlı Fransa qəhrəmanı Əhmədiyyə Cəbrayılova həsr edilmiş filmin nümayişi olub VİDEO

AZAL növbəti dəfə Mərkəzi Asiya və MDB-nin ən yaxşı aviaşirkəti seçilib

Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi Azərbaycanın “yaşıl enerji” siyasətinin mahiyyətini açdı ŞƏRH

“Sabah” klubu yamaykalı futbolçunu transfer edib

Ədəbiyyat İnstitutunda yarım ilin yekunları və qarşıya qoyulan vəzifələr müzakirə olunub

Azərbaycanlı bəstəkarın şəhidə həsr etdiyi əsər Polşada birinci yerə layiq görülüb

Xətai rayonunda fəaliyyət göstərən bazarda plandankənar yoxlama aparılıb

Bənövşəyi xətdə qatarların hərəkət qrafiki dəyişdirilir

Azərbaycanda Rusiya Mədəniyyəti Günləri başlayır

Kənd Təsərrüfatı Nazirliyində dövlət qulluğuna yeni qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib

Almaniyada polis zorakılığı faktlarının araşdırılması üzrə vəziyyət pisləşir

DİM: Ötən il hər 100 məzuna düşən plan yerlərinin sayı 57.1 olub

Polis serjantı Mirəli Heydərov Kürdəmirdə torpağa tapşırılıb FOTO VİDEO

Beynəlxalq Qurama Festivalına Şuşada yekun vurulub

Son beş ayda ƏƏSMN-in e-xidmətlərinə 1 milyon 400 mindən çox müraciət qeydə alınıb

Çad Respublikasının gənclər və idman naziri Milli Gimnastika Arenasında olub

AZƏRTAC-ın növbəti təcrübə proqramının iştirakçılarına sertifikatlar verilib

Gəncədə saxta alkoqollu içkilər istehsal edən müəssisə aşkarlanıb

Azərbaycan ilə Qırğızıstan arasında birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb

Beynəlxalq Muğam Mərkəzi Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutu ilə əməkdaşlıq edəcək

Avstriyada polis zorakılığının araşdırılması üçün müstəqil qurum yaradılması tələb olunur

Naxçıvanda müəllimlərin növbəti sertifikatlaşdırılma prosesi yekunlaşıb

“Sağlam həyat tərzi, sağlam düşüncə, uğurlu gələcək” mövzusunda tədbir keçirilib

Eşqi Bağırov: Növbəti tədris ilində Şuşa, Xankəndi və Xocalıda tədrisin bərpası planlaşdırılır

“Sənətkarın dostu” layihəsi davam edir

DİM: Ötən il 1494 abituriyent 600-dən yuxarı bal toplayıb

“Turan Tovuz” yeni futbolçu ilə anlaşıb

Dövlət qulluğuna yeni qəbul edilən əməkdaşlar and içiblər

Rəsədxana: Geomaqnit sahəsinin sakit olacağı proqnozlaşdırılır

“İTi Zəka-2” hakatonu üzrə seçimlər başa çatıb

NASA Yerin asteroidlə toqquşmasının qarşısını ala bilməyəcəyini etiraf edib

“Azərfon” abunəçilərinə “Narkotiklər haqqında həqiqəti öyrənək və birlikdə mübarizə aparaq!” SMS-bildirişi göndərilib

Azərbaycanı Rusiyadakı turnirdə iki bədii gimnast təmsil edəcək

Berlində Azərbaycan dili məktəbinin açılışı olub

Müəllimlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi avqust ayında təşkil olunacaq

Rektor: ECOLEAD platforması ətraf mühit problemlərinin həllinə töhfə verəcək

“Baku Open - 2024” turnirində iştirak edəcək şahmatçı sayı açıqlanıb

Braziliya-Azərbaycan parlamentlərarası əlaqələrinin inkişaf potensialı müzakirə olunub

Şahzadə Anna xəstəxanaya yerləşdirilib

FHN yanında İctimai şuranın üzvləri çimərlik mövsümü ilə əlaqədar monitorinqlər keçirib

Azərbaycan Ümumdünya Fermerlər Təşkilatının illik yığıncağında təmsil olunub

Lənkəranda itkin düşən 35 yaşlı kişinin meyiti tapılıb

Azərbaycanın 15 rayonunda Sosial Reabilitasiya Mərkəzləri fəaliyyət göstərir

Rus bölməsi üzrə birinci sinfə qəbulu müsabiqə yolu ilə aparılan məktəblərə qeydiyyat tamamlanıb

Astanada keçiriləcək V Dünya Köçəri Oyunlarında 89 ölkə iştirakını təsdiqləyib

“Media ayı” çərçivəsində təlimlər davam edir

Ərazi bütövlüyümüzün bərpası Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir - ŞƏRH

Prezident İlham Əliyev “Euronews”a müsahibəsində Avropanın enerji ehtiyaclarının həlli yollarını göstərdi - Politoloq

Avro-2024: Çexiya–Türkiyə oyununun hakimləri açıqlanıb

“Səbail” təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq

Hərbi Prokurorluqda Vətən Müharibəsi qəhrəmanları ilə görüş keçirilib

Rezidenturaya ikinci cəhd qəbul imtahanının nəticələri açıqlanıb: 436 nəfər müsabiqə şərtini ödəyib

Zəngilan Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumuna ev sahibliyi edir - YENİLƏNİB FOTO VİDEO

Nüfuzlu “Əl Əhram” nəşrində Azərbaycan səfiri ilə müsahibə dərc edilib

Milli Məclisdə bələdiyyələrin statusu və onların fəaliyyətinə inzibati nəzarət haqqında qanunlarda dəyişikliklər müzakirə olunub

Rektor: Məzunlarımız ibadət ocaqlarında imam kimi fəaliyyət göstərirlər

DİM: Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 2274 namizədlə 4254 müsahibənin keçirilməsi planlaşdırılır