İQTİSADİYYAT


Dövlət büdcəsinin idarə edilməsinə dair təcrübə mübadiləsi aparılıb

Bakı, 21 avqust (AZƏRTAC). Azərbaycanın Maliyyə Nazirliyi və SINAM informasiya və texnologiyalar şirkətinin nümayəndələri dövlət büdcəsinin idarə edilməsinin kompleks həlli sahəsində mövcud təcrübəni qırğızıstanlı həmkarları ilə bölüşüblər. Qırğızıstanda təşkil olunmuş rəsmi görüşdə Azərbaycan nümayəndə heyəti “Xəzinadarlığın idarə edilməsinin informasiya sistemi”ni (TIMS) və “Büdcə təşkilatları üçün maliyyə və mühasibatlıq hesabatları” avtomatlaşdırılmış informasiya sistemini (FARABI) təqdim edib.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyi direktorunun müavini Vüqar Abdullayev TIMS, həmçinin yeni texnologiyalardan istifadənin üstünlüklərindən danışıb. O, görüş iştirakçılarını Azərbaycan büdcəsinin strukturu, tətbiq edilən beynəlxalq standartlar və büdcədən maliyyələşən təşkilatlarda vahid mühasibatlıq uçotu sisteminin tətbiqi sahəsində istifadə olunan innovasiyalar, xəzinadarlıq və mühasibat hesablarının inteqrasiyası sahəsində görülmüş işlər barədə də məlumatlandırıb.

Tədbirdə SINAM şirkətinin prezidenti Elçin Əliyev dövlət büdcəsinin idarə edilməsi üzrə kompleks həlli və FARABI sistemi haqqında ətraflı məlumat verib. Hazırda Azərbaycanda tətbiq olunan bu sistemin üstünlükləri təqdim edilib.

Görüş zamanı Azərbaycan və Qırğızıstanın büdcə sistemləri, habelə həmin sistemlərin təkmilləşdirilməsi məqsədilə atılan addımlar müqayisə edilib və bu sahədə bir çox oxşarlıqlar olduğu vurğulanıb.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinin direktor müavini Vüqar Abdullayevlə Qırğızıstan Respublikasının maliyyə nazirinin vəzifəsini icra edən Almaz Baketayev arasında görüş keçirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.