İQTİSADİYYAT
Dövlət büdcəsinin neft gəlirləri azalıb
Bakı, 11 avqust, AZƏRTAC
2021-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin neft gəlirləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,5 faiz və ya 917,9 milyon manat azalaraq 5 milyard 863,4 milyon manat icra edilib.
AZƏRTAC Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, neft gəlirləri proqnoza nisbətən 15,1 faiz və ya 1 milyard 41,8 milyon manat az icra edilib ki, bu da illik proqnozun 42,6 faizini təşkil edir. 2021-ci ilin I yarımilliyində dövlət büdcəsinin neft gəlirlərinin proqnoza və ötən ilin 6 ayına nisbətən az daxilolmasının əsas səbəbi Dövlət Neft Fondundan transfertin proqnoza nisbətən 1 milyard 403,3 milyon manat və ötən ilin I yarısı ilə müqayisədə isə 978,3 milyon manat az olması ilə əlaqədardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]