İQTİSADİYYAT


Dövlət büdcəsinin qeyri-neft gəlirlərinin artım tempi cari xərclərin artım tempini üstələyib

Bakı, 15 avqust, AZƏRTAC

Birinci yarımildə dövlət büdcəsinin qeyri-neft gəlirlərinin artım tempi cari xərclərin artım tempini üstələyib.

AZƏRTAC xəbər verir ki, bu, Hesablama Palatasının “2022-ci il Dövlət büdcəsinin icrasına dair yarımillik məlumat”da əksini tapıb.

Hesabat dövründə cari xərclər 8 milyard 714,1 milyon manat, əsaslı xərclər 3 milyard 434,8 milyon manat və dövlət borcu üzrə xərclər 787,7 milyon manat məbləğində icra edilib ki, bu da əvvəlki ilin göstəricilərindən müvafiq olaraq 13,8 faiz, 12,5 faiz çox və 10,8 faiz azdır.

Aparılan təhlillə 6 ayda cari xərclərin qeyri-neft gəlirləri hesabına təmin olunma səviyyəsinin ötən ilin müvafiq dövrünə nisbətən artdığı və ya büdcənin qeyri-neft gəlirlərinin artımının cari xərclərinin artımını üstələdiyi müəyyən edilib ki, bunu da müsbət hal kimi qiymətləndirmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.