ELM VƏ TƏHSİL


“Dövlət idarəçiliyində gender bərabərliyi: mövcud vəziyyət və çağırışlar” mövzusunda təlim

Bakı, 25 oktyabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) dəstəyi ilə oktyabrın 25-dən başlayaraq “Dövlət idarəçiliyində gender bərabərliyi: mövcud vəziyyət və çağırışlar” mövzusunda təlimlər keçirilir.

DİM-dən AZƏRTAC-a bildirilib ki, təlimlər oktyabr 28-dək Bakı şəhərində və regionlarda yerləşən ali təhsil müəssisələrinin gender üzrə məsul şəxsləri üçün keçiriləcək.

Təlimdə DİM-in Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov “Dövlət idarəçiliyində gender bərabərliyi: beynəlxalq öhdəliklər və milli normalar” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda gender bərabərliyinin təmini ilə bağlı beynəlxalq konvensiyalar, eyni zamanda, milli qanunvericilikdə gender bərabərliyi ilə bağlı tənzimləmələr barədə məlumat verilib, eləcə də gender məsələləri ilə bağlı nəzəri-praktiki məsələlər müzakirə edilib.

Həmçinin DİM-in sektor müdiri Elnur Abbasov “Dövlət qulluğunda gender bərabərliyi üzrə kurikulum”, “Dövlət qulluğuna qəbul mexanizmləri və dövlət qulluğunda gender bərabərliyi” və “Dövlət qulluğunda vəzifədə yüksəliş prosesində və ehtiyat kadrların idarə edilməsində gender bərabərliyi” mövzularında təqdimatlarla çıxış edib. Çıxış zamanı “Dövlət qulluğunda gender bərabərliyi üzrə kurikulum” barədə ətraflı məlumat verilib, dövlət idarəçiliyində gender bərabərliyi ilə bağlı praktiki məsələlərə toxunulub.

Sonra dövlət qulluğunda gender bərabərliyinə dair aktual məsələlər barədə müzakirələr aparılıb. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunması nəzərdə tutulur.

Qeyd edək ki, bundan öncə təlimlər dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.