DÜNYA


Dövlət katibi Blinken: ABŞ İranla nüvə sazişinə qayıtmağa hazırdır

Vaşinqton, 19 fevral, AZƏRTAC

ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, nüvə sazişini imzalamış tərəflərin həmin sazişə riayət etməsi üçün Birləşmiş Ştatlar İran və digər ölkələrlə müzakirələr aparmağa hazırdır.

AZƏRTAC xəbər verir ki, Almaniya, Böyük Britaniya, Fransa xarici işlər nazirləri və ABŞ dövlət katibi İranla nüvə sazişi ilə əlaqədar danışıqların yekunlarına əsasən Çin və Rusiya ilə bu mövzuda danışıqları davam etdirməkdə maraqlı olduqlarını təsdiqləyirblər.

Fransa XİN başçısı Jan-İv Le Drian, Almaniya XİN rəhbəri Hayko Maas, onun Böyük britaniyalı həmkarı Dominik Raab və ABŞ dövlət katibi Entoni Blinken tərəfindən imzalanmış birgə bəyanatda deyilir: “Nazirlər təhlükəsizlik sahəsində bu mühüm məsələyə dair Birgə Komissiyanın əlaqələndiricisi kimi Avropa İttifaqının ali nümayəndəsinin rolunu etiraf etməklə bərabər, Çin və Rusiya ilə məsləhətləşmə və koordinasiyanın davam etdirilməsində ciddi maraqlı olmalarını təsdiq ediblər”.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.