İQTİSADİYYAT


Dövlət müəssisələrində çalışan müəllimlərin aylıq gəlirlərindən nə qədər vergi tutulur?

Bakı, 13 may, AZƏRTAC

Dövlət müəssisələrində çalışan müəllimlər nə qədər gəlir vergisi ödəyir?

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, dövlət müəssisəsində çalışan müəllimlərin muzdlu işlə əlaqədar əldə etdiyi aylıq gəlirlərindən Vergi Məcəlləsinə uyğun olaraq gəlir vergisi hesablanaraq dövlət büdcəsinə ödənilməlidir.

Həmin maddənin müddəalarına əsasən muzdla işləyən fiziki şəxslərin aylıq gəlirinin (o cümlədən əməkhaqqının) 2500 manatadək olan hissəsindən 14 faiz, 2500 manatdan çox olduqda isə məbləğin 25 faiz dərəcəsi ilə vergi tutulur.

Bununla yanaşı, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda 200 manat, illik gəliri 30 min manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

Eyni zamanda, Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Qeyd olunan vergi güzəştləri yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.