Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Dövlət müşaviri Kamal Abdullayev: Azərbaycanda multikulturalizmin çiçəklənməsi göz qabağındadır

Dövlət müşaviri Kamal Abdullayev: Azərbaycanda multikulturalizmin çiçəklənməsi göz qabağındadır

Bakı, 1 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev Misirin məşhur “Əl-Əxbar” media holdinqinin geniş oxucu kütləsinə malik “Əxbar-əl ədəb” (“Ədəbiyyat xəbərləri”) qəzetinin baş redaktoru Tarik-əl-Tahir Hifniyə müsahibə verib.

AZƏRTAC müsahibəni təqdim edir.

-Azərbaycanda həyata keçirilən multikulturalizm siyasəti haqqında məlumat verməyinizi xahiş edirəm.

-Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində multikulturalizm ölkəmizdə dövlət siyasəti səviyyəsinə qaldırılıb. Prezidentin Sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Bu, o deməkdir ki, Azərbaycanda cəmiyyətin müxtəlif təbəqələri multikulturalizm istiqamətində müəyyən fəaliyyət göstərir, fikirlərini söyləyir, Azərbaycan multikulturalizmini, yəni, Azərbaycan insanının canına, qanına xas olan dəyərləri dünyaya çatdırmaq istəyirlər.

İki il bundan əvvəl Prezidentin müvafiq fərmanları ilə Azərbaycan Respublikasının millətlərarası, dini və multikulturalizm məsələləri üzrə Dövlət müşaviri xidməti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb.

Həm dini və etnik məsələlər, həm multikulturalizm bir–biri ilə sıx əlaqəlidir. Azərbaycanda çoxsaylı etnik qruplar və xalqlar yaşayır, müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Əsrlər boyu bunlar bir-birinə xoş qardaşlıq münasibətləri sərgiləyiblər. İslam dini heç zaman başqa dinlərin nümayəndələrinə yuxarıdan aşağı baxmayıb. Biz müsəlman olmuşuq, amma Azərbaycanda yaşayan xristianlara, yəhudilərə səmavi dinlərin nümayəndəsi kimi həmişə müsbət münasibət bəsləmişik. Bütün bu insanlar arasında olan münasibət, müxtəlif xalqların və fərqli dinlərin nümayəndələrinə münasibət əsrlərdən bəri Azərbaycan yazıçılarının və şairlərinin əsərlərində öz təsvirini tapıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin bu yaxınlarda Azərbaycan və rus dillərində nəşr etdiyi “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabında X-XI əsrlərdən bəri Azərbaycan ədəbiyyatının böyük söz ustadları başqa dinlərin və digər millətlərin nümayəndələrinə öz gözəl hisslərini və arzularını bildirirlər. Bizim yazıçılarımızın, şairlərimizin əsərlərində İsa peyğəmbərə, Musa peyğəmbərə, Süleyman peyğəmbərə, Məryəm Anaya, eləcə də başqa dinin nümayəndələrinə son dərəcə yüksək tolerant münasibət bəslənilir. Onların həm adları, həm də gördükləri işlər təbliğ olunur. Bütün bu münasibət Azərbaycan cəmiyyətində bu günə qədər yaşayır. Bu, bir azərbaycanlı dünyagörüşünün, psixologiyasının və əxlaqının təzahürüdür. Nəhayət, Azərbaycanda əsrlərdir mövcud olan belə bir multikulturalizm dağ çayını ulu öndərimiz Heydər Əliyev siyasi bir məcraya saldı. Azərbaycan Konstitusiyasında, Ulu Öndərin verdiyi sərəncamlarda, fərmanlarda Azərbaycanda yaşayan müxtəlif xalqların dilinin, mədəniyyətinin, tarixinin öyrənilməsinin və inkişaf etdirilməsinin siyasi cəhətdən təsbiti öz əksini tapdı. Ulu Öndər məşhur bir sitatında vurğulayır: “Azərbaycanda yaşayan xalqların gücü bütünlükdə Azərbaycanın gücüdür”. Ümummilli Lider prezidentliyi dövründə bu xalqların dillərinin, mədəniyyətlərinin inkişafı üçün çox işlər həyata keçirib. Bu siyasi xətti öz fəaliyyətində əsas götürən Prezident İlham Əliyev o ənənələri davam etdirməyi qarşısına məqsəd qoyub. Dövlətimizin başçısı Azərbaycan multikulturalizminin gözəl ənənələrini dünyaya təqdim etmənin yollarını göstərir, eyni zamanda, dünyadakı multikultural proseslərdən Azərbaycanda istifadə olunmasının şərtlərini önə sürür.

Bu gün Azərbaycanda müsəlmanlarla yanaşı, xristianlar, yəhudilər və başqa dinlərin, məzhəblərin nümayəndələri çox normal tolerant münasibətlə yanaşı yaşamaqdadırlar. Azərbaycanda multikultural mühit hətta elə bir inkişaf səviyyəsinə çatıb ki, buradakı məzhəblərin nümayəndələri də bir –biri ilə son dərəcə isti və mehriban münasibətdədirlər. Məsələn, dünyanın ən böyük və ən gözəl məscidlərindən biri olan Heydər məscidində bu gün Azərbaycan sünniləri və Azərbaycan şiələri bir cərgədə namaz qılırlar. Müxtəlif dinlərə məxsus insanların bir-birinə belə mehriban münasibətini görəndə bəzən Avropadan gələn xaricilər təəccüblənirlər. Onlar bizə tez-tez sual verirlər: “Necə olur sizdə belə bir əhvali-ruhiyyə mövcuddur, hadisələr bu cür inkişaf edir, bu durum yaranır?” Biz də öz növbəmizdə təəccüblənirik: “Başqa cür necə ola bilər ki?”

Biz əsrlər boyu həmin o xristianlarla, yəhudilərlə bir yerdə yaşayıb bir yerdə formalaşmışıq. Mənəviyyatımız, mədəniyyətimiz bir regionun daxilində, bir vətənin içindədir: əsrlər ərzində biz azərbaycanlılaşmışıq.

Bu gün Azərbaycanı gəzsəniz, adı “Ərəb” olan bir neçə kənd görərsiniz. Onlar bəlkə də nə vaxtsa ərəb olublar. Amma bu gün onlar azərbaycanlıdırlar. Eyni şəkildə bu gün Azərbaycanda yaşayan ruslar da, gürcülər də, ləzgilər də, talışlar da, yəhudilər də və başqa xalqların nümayəndələri də bu gün azərbaycanlıdırlar. Biz dünyaya bu gün bu multikulturalizm modelini, bu Azərbaycanı təqdim etməyə çalışırıq.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılandan bəri çox böyük layihə həyata keçirir. Bu layihəyə əsasən, hazırda 20 xarici, 28 yerli universitetdə Azərbaycan multikulturalizmi fənni tədris edilir. Mərkəz xarici ölkələrdə Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün mütəmadi olaraq beynəlxalq multikulturalizm yay və qış məktəbləri təşkil edir. Bununla da həmin gənclər nəzəri şəkildə öyrəndikləri Azərbaycan multikulturalizmi ilə əyani şəkildə tanış ola bilirlər. Bu, o deməkdir ki, onlar burada Azərbaycan tarixini, ədəbiyyatını, psixologiyasını, mədəniyyətini, mənəviyyatını və ictimai-siyasi durumunu öyrənirlər və bu fənni öyrənə-öyrənə onların Azərbaycana olan məhəbbəti artır. Azərbaycanın multikultural dəyərlərini dərindən mənimsəyən və sevən Almaniya, Portuqaliya, İsveçrə, Litva, İtaliya, Türkiyə, Rusiya, Gürcüstan, Yunanıstan, İndoneziya, Bolqarıstan, Çexiya və Polşa universitetlərindən olan gənclər keçən il təşkil olunan yay məktəbində öz təşəbbüsləri ilə “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyini yaradıblar.

Biz Misir səfirliyinin mədəniyyət attaşesi ilə danışıqlar zamanı qərara gəlmişik ki, yaxın gələcəkdə Misir Ərəb Respublikasında da Azərbaycan multikulturalizmi fənni tədris edilməyə başlansın. Bu addımın hər iki ölkə üçün faydalı olacağını düşünürəm. Yəni, biz Azərbaycanı həmin ölkədə təbliğ etməklə yanaşı, eyni zamanda, həmin ölkəni də Azərbaycanda təbliğ etmiş oluruq.

-Sizin fikirlərinizə istinad olaraq bilmək istərdim, cəmiyyətin, xalqın multikultural olması üçün hansı şərtlər vacibdir?

-Bu gün müxtəlif təhlükəsizlik doktrinaları mövcuddur: Qida təhlükəsizliyi, iqtisadi təhlükəsizlik, enerji təhlükəsizliyi, hərbi təhlükəsizlik. Düşünürəm ki, bunlarla yanaşı, multikultural təhlükəsizlik anlayışı da var. Bugünkü dünyada bütün ölkələrin öz multikultural təhlükəsizliyini təmin etməsi gərəkdir. Bu, o deməkdir ki, ölkə daxilində müxtəlif konfessiyaların, müxtəlif dinlərin məzhəblərinin, fərqli millətlərin nümayəndələrinin qardaş kimi mehriban yaşaması təmin olunmalıdır. Buna nail olmaq üçün ölkə rəhbərinin siyasi iradəsi lazımdır. Azərbaycanda bu, belə həll olunur. Azərbaycanın rəhbəri Prezident İlham Əliyev müxtəlif konfessiyalara və müxtəlif xalqların nümayəndələrinə bərabər münasibət bəsləyir. Bu, özünü onlara olan mənəvi və maddi münasibətdə özünü göstərir. Prezident dini və etnik icmaların heç birini o birindən üstün və ya aşağı tutmur, buradan isə onların bir-biri ilə mehribanlığı ortaya çıxır.

Faktiki olaraq bu gün Avropada multikulturalizm siyasəti ilə bağlı iki qütb formalaşıb. İki qütbün birində Qərbi Avropanın aparıcı ölkələri – Fransa, Almaniya, İngiltərə qərar tutub. Onlar multikulturalizmin öz ölkələrində iflas etməsini önə çəkirlər. Onların fikrincə, multikulturalizm bu ölkələrdə heç cür inkişaf edə bilməz, çünki o ölkələrə gələn miqrantlar, o ölkələrin dinini, mədəniyyətini qəbul edib assimilyasiya ola bilmirlər. “Bədbin qütb” adlandırdığımız bu qütbün siyasi ifadəsini İngiltərənin keçmiş Baş naziri Devid Kemeron ifadə edib. O, 2011-ci ildə Münxen Təhlükəsizlik Konfransındakı çıxışını hətta “Mənim multikulturalizmə qarşı müharibəm” adlandırmışdı.

Digər qütbü “nikbin qütb” adlandırmaq olar. Mən bu qütbdə Azərbaycanı və Azərbaycan Prezidentinin multikulturalizmin bu gününə və gələcəyinə nikbin münasibətini görürəm. Azərbaycanda multikulturalizmin çiçəklənməsi göz qabağındadır. Azərbaycan cəmiyyətində nə üçün multikultural bir əhvalın hökm sürməsinin bir başqa cavabı da var. Multikulturalizm əslində müxtəlifliklərin birliyi deməkdir. Azərbaycan kimi ölkələrdə multikulturalizm müxtəlifliklərin birliyi kimi ilkin mahiyyət daşıyır, yəni, burada ilkin müxtəliflik özünü göstərir. Ən qədim zamanlarda müxtəlif xalqlar, fərqli din daşıyıcıları bir-birinin yanında yaşayıb formalaşıblar. Nə anlaşılmazlıqlar olubsa tarixin uzaq dövrlərində qalıb. Bu gün bu müxtəlifliklər Azərbaycan adlı birliyin içindədir. Onlar bir-birilərinin mədəniyyətinə, bir-birilərinin fərqlənən xüsusiyyətlərinə hörmət və ehtiramla yanaşa bilirlər. Avropa ölkələrində isə belə deyil. Orada multikulturalizmin iflasa uğramasının obyektiv səbəbləri də var. Bu, ondan ibarətdir ki, orada həmin müxtəliflik sonrakı müxtəliflikdir. Avropa ölkələrinə gələn başqa dinin, başqa millətin nümayəndələri artıq özünü təsbit etmiş, özünəinamlı mədəniyyətləri gətirirdilər və yerli mədəniyyətlə gəlmə mədəniyyət arasında qarşıdurma, ziddiyyət baş verirdi. Görünür, belə ölkələrdə siyasi müdaxilə daha kəskin və daha məqsədəuyğun qurulmalıdır.

Müxtəlifliyin ilkin olduğu ölkələrdə multikulturalizmin təntənəsini görə bilirik. Bunun baş verməsi üçün sadəcə siyasi iradə və siyasi dəstək lazımdır. Bu siyasi dəstək də xalqın, cəmiyyətin daxili ruhuna uyğun olanda multikultural əhval hökm sürür.

-Prezident İlham Əliyev 2016-ci ili Azərbaycanda “Multikulturalizm ili” elan edib. Bu il çərçivəsində Azərbaycanda və Azərbaycandan kənarda hansı layihələr həyata keçirilir?

-Bununla bağlı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan universitetlərin, müxtəlif nazirliklərin və təşkilatların həyata keçirdiyi tədbirlər planı var. Həmin qurumların hər birinin irəli sürdüyü təkliflər bütövlükdə Prezident tərəfindən təsdiqlənmiş ümumi bir Tədbirlər Planına çevrildi. Bu Tədbirlər Planına əsasən adıçəkilən qurumlarda müxtəlif konfranslar keçirildi. Eyni zamanda, müxtəlif universitetlərdə, elmi, dini məclislərdə Azərbaycan multikulturalizminin təbliği və təşviqi ilə bağlı tədbirlər oldu. Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Almaniyada, İngiltərədə, İspaniyada, İsveçdə və başqa ölkələrdə həmin ölkələrin din xadimləri ilə görüşlər təşkil etdilər, çox böyük və faydalı müzakirələr keçirildi, islamla xristianlıq, islamla yəhudilik arasında olan məsələlər müzakirə olundu, ölkələrarası münasibətlər nəzərdən keçirildi, Azərbaycan multikulturalizminin bu elçilərini xarici ölkələrdə in ən yüksək səviyyədə qəbul etdilər.

O elçilərin sırasında Qafqaz Müsəlmanlar İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin adını çəkə bilərəm. Şeyxülislamla birgə Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Ata, Bakı şəhəri dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Respublikasının Alban-Udi Xristian icmasının sədri Robert Mobili və başqa konfessiya nümayəndələri bir yerdə bir çox xarici ölkələrdə Azərbaycan həqiqətlərini dilə gətirdilər.

Əslində, biz Azərbaycan multikulturalizmi çərçivəsində öz həqiqətlərimizi bir daha dünyaya çatdırmaq imkanı əldə etmişik. Siz bilirsiniz ki, bizim Dağlıq Qarabağ problemi kimi böyük bir problemimiz var. Azərbaycan torpaqlarının bir hissəsi Ermənistan tərəfindən sovet imperiyası zamanı işğal olunub. Bütün dünyanın sülhsevər ölkələri Ermənistanı bu işğala son qoymağa çağırır, amma Ermənistan rəhbərliyi hətta öz xalqının belə düşməninə çevrilərək bu işğalçı siyasətini davam etdirir. Sizə bir fakt deyim: Bakının mərkəzində gözəl bir bina var - erməni kilsəsi, bu gün kitabxana kimi fəaliyyət göstərir. Amma Dağlıq Qarabağda bu gün Azərbaycan müsəlman məscidləri, mədəni, mənəvi abidələr hamısı darmadağın edilib.

Xaricdə həyata keçirdiyimiz layihələrə gəlincə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Almaniya, İsrail, Moldova, İtaliya, Portuqaliya, Bolqarıstan və Rusiyanın Moskva və Yekaterinburq şəhərlərində filialları fəaliyyət göstərir. Bununla biz öz işimizi bitmiş saymırıq. Başqa layihələr də var və bu çərçivədə xarici ölkələrdə və Azərbaycanda ən uzaq kəndlərdə belə müxtəlif konfranslar, “dəyirmi masa”lar keçirilir və keçiriləcək. Əslində multikulturalizmi təbliğ etməklə xalq və cəmiyyət bir daha öz keçmişinə dönür və öz gələcəyini daha aydın şəkildə görür. Görülən işlər çoxdur. Mən ancaq kiçik bir hissəsini diqqətinizə çatdırdım.

-Bildiyimə görə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Kitabi-Dədə Qorqud”dan “Basatın Təpəgözü öldürdüyü” boyu 25 dildə nəşr etdirib. Bunu da Azərbaycan multikulturalizminin bir hissəsi hesab edə bilərikmi?

- “Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının əsatirləri, mifologiyası üzərində yaranmış xalq dastanıdır. “Kitabi-Dədə Qorqud” Azərbaycanın ən qədim dövründən təxminən X əsrə qədərki tarixini özündə əks etdirən mənəvi bir xəzinədir. Ona görə də “Kitabi-Dədə Qorqud” dastanından bir boyun 25 dildə çap olunmasının öz mənası var. Azərbaycan Prezidenti bir il bundan əvvəl “Kitabi-Dədə Qorqud” dastanının alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzaladı. Düz 200 il bundan əvvəl 1815-ci ildə Alman alimi Fridrix Henrix Fon Dits “Kitabi-Dədə Qorqud” dastanlarının əlyazmasını nəşr edib və “Basatın Təpəgözü öldürdüyü” boyu alman dilinə tərcümə edib. Onun vasitəsilə dünya “Kitabi –Dədə Qorqud”la tanış oldu. Multikulturalizm Mərkəzi tərəfindən həmin boy və alman alimin yazdığı müqəddimə Azərbaycan, ingilis, alman, rus, türk, macar, italyan, fransız, yunan, Çin, krayna, fars, hind, gürcü, erməni, yapon, ivrit, talış, ləzgi, kürd, udin, tat, avar, xınalıq, o cümlədən gözəl və möhtəşəm ərəb dilinə tərcümə edilərək ayrıca kitabçalar şəklində nəfis tərtibatla çap edildi. Bu layihənin icrası ilə Azərbaycanın multikultural dəyərləri bir daha dünyaya təqdim edildi.

-Son sualımın istiqaməti bir az başqadır. Necə oldu ki, siz “Yarımçıq əlyazma”da bütün dünyanın diqqətini çəkəcək şəkildə tarixi və ədəbiyyatı möhtəşəm bir şəkildə əlaqələndirdiniz?

- Onu Allah bilir, Allah güc verdi bacardım. İndi hərdən romanı vərəqləyəndə öz-özümə deyirəm: “Mən bunu necə oldu yazdım?” Bilmirəm. Ona görə də Allah bilməyənləri bilənlərin qəzəbindən qorusun. Amma orası da var ki, “Yarımçıq əlyazma” mənim həm elmi, həm də bədii araşdırmalarımın fokusuna çevrildi. Azərbaycan mənəviyyatının iki aparıcı təmayülünün birləşdiyi bədii məkan oldu. Daha dərindən Qorqudçuluq mədəniyyəti və onun üstünə gələn Səfəvilik mədəniyyəti bu romanda bir-birinin yanındadır. Hər birinin dünya mədəni xəzinəsinə töhfələri şübhəsizdir. Başqa mədəniyyətlərin də bu müstəvidə öz görüntüsü var. Bəzən bu görüntü gizlinə, əndəruna çəkilir. Məncə, siz dediyiniz kimi, romana qarşı maraq və diqqət bolluğu məhz başqa məkanlarda yaşayanların həm uzaq Oğuz elinə, həm də öz-özlərinə daha dərindən baxmaq, bələd olmaq ehtirasından yarandı.

-Bildiyimə görə, Azərbaycanda çox az sayda akademik dərəcəsinə nail olmuş şəxsiyyət var. Siz də bunlardan birisiniz. Bu dərəcəyə nail olmaq çox çətin oldumu?

-Universitetin filologiya fakültəsini bitirmişəm, sonra magistr, elmlər namizədi, aspirantura, elmlər doktoru…

Dilçi türkoloq kimi namizədlik dissertasiyam “Kitabi-Dədə Qorqud”un dilindən idi. Doktorluq dissertasiyam Azərbaycan dilinin sintaksisi ilə bağlı olub. Bu da mənə imkan verib ki, öz dilimin sintaksisini və üslubi xüsusiyyətlərini cilalaya bilim. Ondan əvvəl və sonra bədii əsərlərim işıq üzü görüb. “Gizli Dədə Qorqud” adlı monoqrafiyam çap olunub. İndi də “Kitabi-Dədə Qorqud”un poetikası üzərində işləyirəm. Yəni, Dədə Qorqud sanki işıq saçan bir nur dağıdır. Bütün gördüyüm işlər bir-biri ilə əlaqəlidir. Bütün bunlardan sonra təbii ki, yazdıqlarıma qiymət verən insanlara minnətdar olmalıyam. Mənə qiymət verən insanlar Azərbaycanın dəyərli alimləri, dəyərli şəxsiyyətləri və dəyərli vətəndaşlarıdır. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlara müraciət edib

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar

İdarə rəisi: Azərbaycanda beynəlxalq səviyyəli kiberdiplomatların hazırlanması üçün təlimlər keçiriləcək

Londondakı Mərkəzi Qalereyada Karavacconun son rəsmləri nümayiş etdiriləcək

Yeni maarifləndirici təşəbbüs: “1 sual, 1 cavab”

Bakı Avropa Liseyində müəllim və şagirdlər fövqəladə hallarda davranış qaydaları barədə məlumatlandırılıb

Burkina-Faso üç fransalı diplomatı ölkədən çıxarır

Britaniyalı deputat haqqında araşdırma başlayıb

Azərbaycan ilə Türkiyə məktəbləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Fransada insan hüquqları açıq şəkildə tapdalanır

“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” – yeni nəşr

“İnklüzivlik ayı” layihəsinə başlanılıb

Bakı Ali Neft Məktəbi ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Agentlik rəhbəri IV sinifdən sonra “Son zəng” keçirilməsi məsələsinə aydınlıq gətirib

“Azərreyl”in baş məşqçisi: Finala yüksəlmək fantastikdir

Dövlət agentliyinin direktoru Naxçıvanda təhsil sahəsində tətbiq ediləcək yeniliklərdən danışıb

AFFA beş klubu cəzalandırıb

Eşqi Bağırov: İşğaldan azad edilmiş ərazilərdə 5 məktəbdə 107 müəllim fəaliyyət göstərir, 762 nəfər təhsil alır

“Google” İsrail əleyhinə aksiya keçirən 28 əməkdaşını işdən çıxarıb

FHN-nin Şirvanda keçirdiyi təlimə 24 texnika və 160 nəfərlik heyət cəlb olunub

Agentlik direktoru: Kişi müəllimlərin sayında azalma müşahidə olunmur

Eşqi Bağırov: 453 məktəbdə elektron jurnaldan istifadə olunur

Agentlik rəhbəri: 345 məktəbdə monitorinq aparılıb, 55 nəfər işdən çıxarılıb

Qonşusunu öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Eşqi Bağırov: Dövlət məktəblərində IV və VI siniflər üzrə şagirdlərin monitorinqdə iştirakı icbaridir

Türkiyə-Azərbaycan Universitetində üç məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq

Pekin Blinkenin Çinə qarşıdakı səfərini yüksək qiymətləndirir

Mayın 3-dən 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılacaq

Müəllimlərin sertifikatlaşdırılması prosesinin tarixi açıqlanıb

Mayın 1-dən birinci siniflərə qəbul prosesinə başlanılır

DİN: Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər nəticəsində 21 əcnəbi saxlanılıb VİDEO

Çin Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyir

Eşqi Bağırov: Agentliyin fəaliyyəti dövründə 112 müəllimin iş yeri dəyişdirilib

Bəzi dağlıq və dağətəyi ərazilərdə havanın arabir yağıntılı olacağı gözlənilir

Agentlik rəhbəri: Bağçalarda aparılan monitorinqlər nəticəsində 40-a yaxın müdir işdən çıxarılıb

Eşqi Bağırov: Hədəf məktəbəqədər təhsilin əhatəliliyini 30 faizdən 50 faizə çatdırmaqdır

UEFA Avropa Liqası: Yarımfinala vəsiqə qazanacaq komandalar bəlli olur

Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH

Qətər İsrail ilə HƏMAS arasında vasitəçilik missiyasını yenidən nəzərdən keçirəcək

Almaniya polisi insan qaçaqmalçılığına qarşı miqyaslı əməliyyat keçirir

Ramana qalasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib VİDEO

Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO

Qərbi Azərbaycana qayıdışla bağlı konfrans keçirilib

Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 70-ə çatıb

Sinxron turnirdə 30 şahmatçı ilə oynayan yığmanın kapitanı: Avropada bu qədər maraq görmək məni çox sevindirdi

Spiegel: Almaniyada Rusiyaya casusluq edən iki nəfər saxlanılıb

Energetika naziri ABŞ-a səfər edib

Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası yeni eskalasiyaya gətirib çıxaracaq

XRİTDX rəisi rumınıyalı həmkarı ilə birgə əməkdaşlıq istiqamətində görüləcək işləri müzakirə edib

İndoneziyada vulkan püskürüb, sunami xəbərdarlığı elan olunub

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində müşavirə keçirilib

Elşən Qaraca “QGallery”də “Cəsur ürək” sərgisinin təqdim edir

Ölkəmizin Türkiyə və Moldovanın sosial müdafiə qurumları ilə əməkdaşlığı genişlənir

Azərbaycanın və Ukraynanın COP29 ilə bağlı əməkdaşlığı müzakirə edilib

Bulbul – Azərbaycanın unikal milli sosial şəbəkəsi

Pöhrələr boy atır...

Konfrans Liqası: “Fənərbağça” “Olimpiakos”la cavab görüşünə çıxacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üç ayda məcburi dövlət sosial sığorta üzrə daxilolmalarda 8,6 faiz artım qeydə alınıb

Bu ilin ilk rübü ərzində ƏƏSMN-də və qurumlarında 498 min vətəndaş qəbul edilib

"Xəzri"nin kapitanı: Finalda "Sərhədçi" ilə qarşılaşmaq daha yaxşı olardı

Azərbaycanın dayanıqlı su təminatına böyük töhfə ŞƏRH

Azərbaycan millisi İnkişaf turnirində iştirak edəcək

AzMİU Varşava Texnologiya Universiteti ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan millisinin kapitanı növbəti dəfə Macarıstan çempionu olub

Xorvatiya parlamentinə seçkilərdə Baş nazirin partiyası qalib gəlib

Azərbaycanda insan resurslarının idarə edilməsi üzrə yeni dövlət standartı qəbul edilib

Naxçıvanda ixrac olunan mallara verilən mənşə sertifikatlarının sayı artıb

Komitə sədri: Bədxassəli şişlərin əmələ gəlməsinin əsas səbəblərindən biri transyağlardır

® Sən də “Dəstək” ol!

Xaricidə işlə təmin etmək adı altında vətəndaşların pullarının ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb

Gənc Tamaşaçılar Teatrı may repertuarını təqdim edib

Aprelin 21-də 46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 5 nəfər xilas edilib

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Ağsuda vətəndaşların müraciətlərini dinləyəcək

® ABB-dən cəmi bir günə tender qarantiyası

Dünyanın ən yaxşı kameraya sahib telefonu HONOR Magic6 Pro tezliklə Azərbaycanda satışa çıxarılacaq

Azərbaycan ilə Pakistan arasında təhsil sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub

Sumqayıt qatarını daşa basanlar müəyyən olunublar VİDEO

UNEC Bakı Dizayn Akademiyası ilə əməkdaşlıq edəcək

Bakı dairəvi avtomobil yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq VİDEO

Çerniqova raket hücumu nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb

Azərbaycan İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyası ilə fəal əməkdaşlıq etmək niyyətindədir

Elm və təhsil naziri: Regionlarda vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti artıb

İspaniyada Azərbaycan mədəniyyəti təbliğ olunacaq

AQTA sədri ekspertlərə xəbərdarlıq edib

Ekvadorda enerji böhranı səbəbindən iki gün iş dayandırılıb

İddiaçılar Turniri: Nicat Abasov Hindistan təmsilçisi ilə üz-üzə gələcək

İsveçdə kriminal şəbəkənin üzvünə məxsus üzük hərracda satılıb

Mədəniyyət nazirinin İmişlidə vətəndaş qəbulunun tarixi dəyişdirilib

IRENA Assambleyasının 14-cü sessiyasının ikinci günündə hansı məsələlər müzakirə olunacaq?

AQTA sədri: Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Binəqədi rayonunda yük maşını yolun kənarı ilə gedən qadını vurub

Ali Rada sədrinin müavini: Ukrayna Azərbaycanın humanitar töhfəsini yüksək qiymətləndirir

Salyan “ASAN xidmət” mərkəzində bir il ərzində 178 mindən çox müraciət qeydə alınıb

AQTA-nın auditorları 24 ölkənin ərazisində 349 müəssisədə qiymətləndirmə aparırlar

Evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb

® “Kapital Bank”ın istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb

Tahir Rzayev: Qida təhlükəsizliyini bir təşkilatla yekunlaşdırmaq düzgün deyi