ELM VƏ TƏHSİL


Dövlət müstəqilliyimiz tarixi nailiyyətimizdir

Bakı, 17 oktyabr, AZƏRTAC

Oktyabrın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) dövlət müstəqilliyimizin bərpasının iyirmi altıncı ildönümünə həsr olunan tədbir keçirilib.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının tarixi əhəmiyyətini qeyd edib. Müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında, inkişafında, dünyada nüfuzunun yüksəlməsində ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışan rektor Ümummilli Liderin siyasi xəttinin bu gün Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini, ölkəmizdə bütün sahələrdə böyük nailiyyətlərin əldə olunduğunu vurğulayıb.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı dövlət müstəqilliyimizin bərpasının böyük tarixi nailiyyət olduğunu diqqətə çatdırıb.

Milli Məclisin deputatı, professor Hüseynbala Mirələmov ümummilli lider Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən bəhs edib, xalqımızın daha xoşbəxt, daha parlaq sabahına əminliyini bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.