Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Dövlət müstəqilliyimizin 25 illiyi Naxçıvan Muxtar Respublikasında geniş qeyd olunub

Naxçıvan, 18 oktyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında müstəqilliyimizin 25 ili böyük coşqu ilə qeyd olunur. Müstəqilliyimizin bərpa olunmasına görə ümummilli liderimiz Heydər Əliyevə və bu müstəqillik uğrunda canından keçən şəhidlərimizə borclu olduğumuzu dərindən dərk edən ictimaiyyət nümayəndələri Ulu Öndərin abidəsini və Şəhidlər xiyabanlarını ziyarət ediblər.

Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunda da müstəqilliyimizin 25 ili qeyd edilib. Şərur şəhərindəki Şəhidlər xiyabanı və ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub.

Müstəqil Azərbaycanın ayrılmaz tərkib hissəsi olan muxtar respublikanın hər yerində aparılan genişmiqyaslı tikinti-quruculuq, abadlıq işləri şəhər və kəndlərimizin görkəmini əsaslı şəkildə dəyişib, yüzlərlə istehsal və emal müəssisələri işə salınıb, sözün həqiqi mənasında, yeni Naxçıvan qurulub. Bu inkişafdan Şərur rayonuna da pay düşüb. Ötən müddət ərzində rayon mərkəzi və 45-ə qədər kənd yeni görkəm alıb, yaşayış məntəqələrində məktəblər, səhiyyə və mədəniyyət müəssisələri tikilib, onların maddi-texniki bazaları gücləndirilib. Yol, rabitə, elektrik və qaz infrastrukturları yenilənib, suvarma qurğuları istismara verilib.

Bütün bunlar ulu öndər Heydər Əliyevin əbədiliyini təmin etdiyi müstəqilliyimizin bəhrələridir. Ona görə də şərurlular onlara müstəqil dövlətdə yaşamaq kimi böyük bir sərvət bəxş etmiş Ulu Öndərə daim minnətdardırlar.

X X X

Babək rayon ictimaiyyətinin nümayəndələri Babək qəsəbəsindəki Şəhidlər memorial kompleksinin qarşısına gül dəstələri qoyaraq Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda şəhid olanların xatirəsini ehtiramla yad ediblər.

Tədbir iştirakçıları rayon icra hakimiyyətinin qarşısında ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, müstəqil Azərbaycanın banisinin əziz xatirəsini böyük məhəbbətlə anıblar.

Babək rayonunun yaradılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Rayon ötən 25 il ərzində böyük inkişaf yolu keçib. Kənd təsərrüfatında uğurlar qazanılmasında mühüm əhəmiyyət kəsb edən meliorasiya və irriqasiya sahəsində kompleks tədbirlər reallaşdırılıb.

Babək hazırda muxtar respublikada sənaye rayonu kimi də tanınır. Burada 40 adda sənaye məhsulu istehsal olunur. Bu gün rayon mərkəzi, kənd yaşayış məntəqələri tikinti-quruculuq tədbirlərinin gur şöləsinə bürünüb.

Rayonda inşa olunan 87 meqavat gücə malik Naxçıvan Modul Elektrik Stansiyası, Heydər Əliyev Su Anbarı üzərindəki 4,5 meqavat gücündə elektrik stansiyası, həmçinin ötən il istifadəyə verilən Naxçıvan Günəş Elektrik Stansiyası muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

X X X

Muxtar respublikada Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi rayon əhalisinin gündəlik yaşayış səviyyəsində, onların maddi rifah halının yaxşılaşmasında, qəsəbə və kəndlərimizin mənzərəsinin dəyişilməsində öz əksini tapır. Bütün bunlar müstəqilliyimizin bəhrələridir.

Ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanın incisi” adlandırdığı Ordubad rayonunda xalqımızın böyük oğlunun yadigarlarını, müstəqilliyimizin bəhrələrini saymaqla qurtaran deyil. Rayon iqtisadiyyatının inkişaf etdirilməsi, bölgədə yeni iş yerlərinin yaradılması, insan amilinə xidmət edən digər məqsədyönlü tədbirlərin həyata keçirilməsi Ümummilli Liderin Azərbaycana rəhbərliyinin hər iki dövründə diqqətdə saxlanılıb. Xalqını ürəkdən sevən, onun layiq olduğu səviyyədə yaşamasını təmin edən, insanların problemlərinə həssaslıqla yanaşan dahi şəxsiyyət Heydər Əliyevin müstəqilliyimizin qazanılması və möhkəmləndirilməsi naminə atdığı qətiyyətli addımlar ordubadlılar tərəfindən hər zaman dərin hörmət və ehtiramla xatırlanır.

Ordubadlılar dərindən dərk edirlər ki, rayonun inkişafı müstəqilliyimizin bərpasından ötən 25 il ərzində görülən genişmiqyaslı işlər, muxtar respublikada Heydər Əliyev ideyalarının reallaşdırılması nəticəsində mümkün olub.

Rayon ictimaiyyətinin nümayəndələri Ordubad şəhərinin Heydər Əliyev prospektindəki Şəhidlər xiyabanına gələrək şəhid məzarları üzərinə tər qərənfillər düzüblər.

Sonra görkəmli dövlət xadimi Heydər Əliyevin rayon mərkəzindəki büstü tədbir iştirakçıları tərəfindən ziyarət edilib.

X X X

Culfa rayon ictimaiyyətinin nümayəndələri Culfa şəhərindəki Şəhidlər abidə kompleksinin və müstəqilliyimizin memarı ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.

Müstəqilliyimizin bəhrələri Culfa rayonunda da görünməkdədir. Ötən dövrdə rayonun yaşayış məntəqələri hədsiz dərəcədə dəyişib, gözəlləşib. 1 şəhər və 22 kənd yaşayış məntəqəsini özündə birləşdirən Culfa rayonunda həyata keçirilən tikinti-quruculuq tədbirləri nəticəsində 19 kənddə kompleks quruculuq işləri görülüb, müasir tələblərə cavab verən 1 rayon mərkəzi xəstəxanası, 22 məktəb, 11 həkim ambulatoriyası, 8 feldşer-mama məntəqəsi tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq əhalinin istifadəsinə verilib. Bundan əlavə, rayon mərkəzini kənd yaşayış məntəqələri ilə birləşdirən yollar yenidən qurulub, onlarla hektar sahədə meyvə bağları salınıb, yerli xammala əsaslanan istehsal müəssisələri fəaliyyətə başlayıb. Bu gün muxtar respublikanın digər bölgələri kimi, Culfa rayonu da özünün hərtərəfli inkişaf dövrünü yaşayır. Həyata keçirilən tədbirlər müstəqilliyimizin qorunub saxlanılmasında əvəzedilməz xidmətlər göstərmiş dahi şəxsiyyət Heydər Əliyevin yolunun uğurla davam etdirilməsinin nəticəsində mümkün olub.

X X X

Kəngərli rayonunun sakinləri də ulu öndər Heydər Əliyevin rayon mərkəzində əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, şəhidlər abidəsini ziyarət ediblər.

2004-cü ildə yaradılan Kəngərli rayonunda görkəmi ilə gözoxşayan 21 inzibati bina qısa zamanda tikilib istifadəyə verilib. Rayonun Qıvraq qəsəbəsində, Qarabağlar, Xok, Şahtaxtı, Çalxanqala, Yurdçu, Qabıllı, Böyükdüz, Xıncab, Təzəkənd və Yeni Kərki yaşayış məntəqələrində nümunəvi kənd mərkəzləri yaradılıb, yeni inzibati binalar tikilib. Bu binalarda fəaliyyət göstərən bütün təşkilatlar üçün nümunəvi iş şəraiti yaradılıb.

Rayonun yol infrastrukturunda mühüm işlər görülüb, 39,2 kilometrlik Naxçıvan-Sədərək magistralı-Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolu yenidən qurularaq əhalinin istifadəsinə verilib. Bütün yaşayış məntəqələrində kənddaxili yollar yenidən qurularaq asfalt örtük salınıb.

Bütün bunlar müstəqilliyin bəhrələri, ulu öndər Heydər Əliyev siyasi xəttinə sədaqətin təntənəsidir.

X X X

Müstəqillik günü Şahbuz rayonunda da qeyd olunub. Bu münasibətlə rayon ictimaiyyətinin nümayəndələri Şahbuz şəhərindəki Şəhidlər abidə kompleksini ziyarət edərək şəhidlərə dərin ehtiramlarını bildirib, abidə önünə tər qərənfillər düzüblər.

Sonra müstəqil Azərbaycanın memarı, ulu öndər Heydər Əliyevin Şahbuz şəhərinin mərkəzindəki büstünü ziyarət edən tədbir iştirakçıları xalqımızın bugünkü xoşbəxt həyata qovuşması, ölkəmizin dünya arenasında söz sahibi olmasındakı xidmətlərinə görə dahi rəhbərə öz ehtiramlarını ifadə ediblər.

Müstəqillik illərində Şahbuz qəsəbəsinin böyüyərək şəhər statusu alması, rayonun ölkəmizin turizm mərkəzlərindən birinə çevrilməsi, bütün kəndlərə gedən avtomobil yollarının ən yüksək səviyyədə yenidən qurulması, kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsinə yönəlmiş kənd və xidmət mərkəzlərinin yaradılması, modern məktəblərin, səhiyyə və mədəniyyət obyektlərinin istifadəyə verilməsi ilə keçilmiş böyük inkişaf yolu dövlət müstəqilliyimizin təkcə bir rayonun sosial-iqtisadi həyatını necə dəyişdirdiyinin qısa xülasəsidir. Ötən illərdə qazanılan uğurlar məhz ulu öndər Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanılmasındakı misilsiz xidmətləri sayəsində mümkün olub.

X X X

Müstəqillik qazandığımız ötən 25 il ərzində Sədərək rayonu da böyük bir inkişaf yolu keçib. Bu rayonun yaradılması, rayon ərazisində bir çox yaşayış massivlərinin salınması, inkişafı və tərəqqisi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün rayon mərkəzi olan Heydərabad qəsəbəsinin əsası hələ Ümummilli Liderin Azərbaycana birinci rəhbərliyi dövründə qoyulub. Sədərəklilər Ulu Öndərimizin Sədərək rayonunun yaradılması, Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində xidmətlərini dərin hörmət və ehtiramla xatırlayırlar. Onlar qürur duyurlar ki, məhz bu rayonun mərkəzi Azərbaycan xalqının və ümumilikdə, bütün türk dünyasının böyük oğlu Heydər Əliyevin adını daşıyır.

Rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanını ziyarət edib, Ulu Öndərin Heydərabad qəsəbəsindəki büstü önünə gül-çiçək dəstələri qoyub, dahi rəhbərin əziz xatirəsini anıblar.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdəddir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-da BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib