ELM VƏ TƏHSİL
Dövlət müstəqilliyinin 27-ci ildönümünü qeyd edən Azərbaycan beynəlxalq arenada layiqli yerini tutub
Bakı, 18 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elmi Mərkəzində (ŞREM) 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr olunan konfrans keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə ŞREM-in direktoru, dosent Yusif Şükürlünün “Azərbaycanın dövlət müstəqilliyi xalqımızın milli sərvətidir” mövzusunda məruzəsi dinlənilib. Nəzərə çatdırılıb ki, dövlət müstəqilliyinin 27-ci ildönümünü qeyd edən Azərbaycan beynəlxalq arenada layiqli yerini tutub və tarixin ağır sınaqlarından çıxan respublikamız hazırda özünəməxsus inkişaf yolu ilə inamla irəliləyir. Y.Şükürlü əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan mütərəqqi inkişaf strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini tarixi faktlarla diqqətə çatdırıb.
Tədbirdə mərkəzin ekoloji coğrafiya şöbəsinin müdiri Yusif Rəhimov, landşaftşünaslıq şöbəsinin müdiri, geologiya-minerologiya üzrə fəlsəfə doktoru Hüseyn Mustafabəyli və digər çıxış edənlər Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində Ümummilli Liderin mühüm xidmətləri olduğunu, respublikada idarəçilik institutlarını formalaşdırdığını bildiriblər.