REGİONLAR


Dövlət müstəqilliyinin qazanılması XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyətidir

Bakı, 18 oktyabr, AZƏRTAC

Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.

Tədbirdə Dövlət himni səsləndirilib, Ulu Öndərin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Sonra rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək, bildirib ki, Azərbaycan xalqı milli dövlətçiliyi tarixində ikinci dəfə müstəqilliyinə qovuşana qədər uzun tarixi bir yol keçib. Mübarizələrlə dolu bu tarixi yolun bir məqsədi, bir amalı olub: azadlıq, müstəqilik. XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyəti isə məhz bu müstəqilliyin qazanılmasıdır. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunması müstəqil dövlətçilik yolunda yeni bir mərhələnin başlanğıcı idi. Konstitusiya Aktının qəbul edilməsi ilə hüquqi əsası qoyulan müstəqilliyimiz ulu öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışı ilə daha da möhkəmlənib. Dahi rəhbərin ölkə rəhbərliyinə qayıdışı ilə respublikamızın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yaranıb, müstəqil dövlət quruculuğu prosesi başlanıb.

Qeyd olunub ki, Ulu Öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi, Prezident İlham Əliyev tərəfindən inamla və qətiyyətlə davam etdirilir.

Tədbirdə Biləsuvar şəhər texniki fənlər təmayüllü internat tipli məktəb-liseyin direktoru Natəvan Şərbətova, Əsgərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Allahverdi İmanov, Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçi Sahil Hüseynzadə çıxış edərək, dövlət müstəqilliyimizin bərpasından ötən 26 ildə qazanılan uğurlardan danışıblar.

Sonda ədəbi-bədii kompozisiya nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.