ELM VƏ TƏHSİL


Dövlət orqanlarında 626 vakant vəzifə üzrə müsabiqənin müsahibə mərhələsi bu gün yekunlaşır

Bakı, 17 iyun, AZƏRTAC

Altmış altı dövlət orqanında mövcud olan 626 vakant vəzifə üzrə (B növü) fevralın 14-dən başlanan müsabiqənin müsahibə mərhələsi bu gün başa çatır.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 3319 nəfər qeydiyyatdan keçib. Bu gün saat 14:30-dək olan məlumata görə, 327 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.