ELM VƏ TƏHSİL


“Dövlət orqanlarında inzibati vəzifələrin tutulması şərtləri və qaydaları” mövzusunda təlim keçirilib

Bakı, 7 iyul, AZƏRTAC

İyulun 7-də Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları üçün “Dövlət orqanlarında inzibati vəzifələrin tutulması şərtləri və qaydaları” mövzusunda təlim keçirilib.

Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Təlim zamanı Mərkəzin Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamentinin əməkdaşları Rüfət Ağayev və Könül Səlimova iştirakçılara inzibati vəzifələrin müsabiqə, ümumi və daxili müsahibə əsasında tutulması, namizədlərə dair tələblər, müvafiq vəzifələr üzrə qulluq funksiyalarının, vəzifənin tutulma şərtlərinin müəyyən edilməsi, müxtəlif dövrlər üzrə təsdiq edilmiş ali təhsil üzrə ixtisasların uyğunlaşdırılması cədvəli nəzərə alınmaqla təhsilə dair tələbin müəyyən edilməsi, müsahibə proqramlarının hazırlanması ilə bağlı tələblər, “Təşkilatı-hüquqi sənədlər və inzibati vəzifələr haqqında məlumat toplusu”nun hazırlanması, habelə “Dövlət qulluğu-Vəzifələrin İdarə edilməsi Sistemi”ndən istifadə və müvafiq sahəyə dair digər məsələlər barədə məlumat veriblər.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlərin təşkil olunması davam etdiriləcək.

Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına yaza və ya (012) 310 53 16 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.