ELM VƏ TƏHSİL


Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilir

Bakı, 13 iyun, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2 dövlət orqanında inzibati vəzifələrin 5-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elanı verilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarında olmaqla elana çıxarılan vəzifələrin 12-si dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 2-si B növünə (inzibati icraçı) aiddir.

Ümumi müsahibəyə çıxarılan ən yüksək vəzifə inzibati vəzifələrin 5-ci təsnifatına uyğun olan Kənd Təsərrüfatı Nazirliyində Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri vəzifəsidir. Ümumilikdə isə Kənd Təsərrüfatı Nazirliyində 13 vəzifə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində 1 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb.

Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə DİM tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir. Müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə iyulun 12-si saat 18:00-dək (30 gün müddətində) DİM-in internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.