ELM VƏ TƏHSİL


Dövlət orqanlarında vakant vəzifələr üzrə daxili müsahibədə 23 nəfər uğur qazanıb

Bakı, 2 dekabr, AZƏRTAC

On iki dövlət orqanında 30 vakant vəzifə üzrə noyabrın 1-dən başlanan daxili müsahibə davam edir.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilib. Müsahibədə iştirak etmək üçün 70 nəfərin müraciəti qeydə alınıb. Bu gün saat 17:20-dək olan məlumata görə, müsahibədə 23 nəfər uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

Müsahibə dekabrın 9-dək aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.