Dövlət orqanlarında vakant vəzifələr üzrə ümumi müsahibələrdə 27 nəfər uğur qazanıb
AzerTAg.az
Bakı, 13 may, AZƏRTAC
On səkkiz dövlət orqanında mövcud olan 91 vakant vəzifə üzrə aprelin 11-dən başlanan ümumi müsahibələr davam edir.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 376 nəfər qeydiyyatdan keçib. Bu gün saat 12:15-dək olan məlumata görə, 27 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Müsahibələrin mayın 31-dək keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, ən yüksək müsabiqə müraciəti vəziyyəti Hesablama Palatası, Sosial sahələrin auditi şöbəsi, Sosial müdafiə və sosial təminat sahələrinin auditi sektoru, məsləhətçi (1 vakant yer üzrə 17 namizəd), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Məşğulluq siyasəti və demoqrafiq inkişaf məsələləri şöbəsi, İşçi qüvvəsinin bacarıqlarının inkişafı məsələləri sektoru, məsləhətçi (1 vakant yer üzrə 17 namizəd) üzrə yaranıb.

Xəbərin mətnində orfoqrafik səhv var