ELM VƏ TƏHSİL


Dövlət orqanlarında vakant vəzifələr üzrə ümumi müsahibələrdə 41 nəfər uğur qazanıb

Bakı, 20 may, AZƏRTAC

On səkkiz dövlət orqanında mövcud olan 91 vakant vəzifə üzrə aprelin 11-dən başlanan ümumi müsahibələr davam edir.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 377 nəfər qeydiyyatdan keçib. Bu gün saat 11:25-dək olan məlumata görə, 41 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

Müsahibələrin mayın 31-dək keçirilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.