ELM VƏ TƏHSİL


Dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün ümumi müsahibədə 27 nəfər uğur qazanıb

Bakı, 1 dekabr, AZƏRTAC

On altı dövlət orqanında 36 vakant vəzifə üzrə noyabrın 4-dən başlanan ümumi müsahibə davam edir.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, ümumi müsahibə dövlət orqanlarında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vakant vəzifələrin tutulması üçün keçirilir. Mərkəzi icra hakimiyyəti orqanı və məhkəmə hakimiyyəti orqanlarında olmaqla müsahibəyə çıxarılan vəzifələrin 9-u dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər), 27-si B növü vəzifələrə (inzibati icraçı) aiddir. Müsahibədə iştirak etmək üçün 189 nəfərin müraciəti qeydə alınıb. Bu gün saat 14:50-dək olan məlumata görə, müsahibədə 27 nəfər uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

Ümumi müsahibə dekabrın 8-də yekunlaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.