ELM VƏ TƏHSİL
Dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün ümumi müsahibəyə sənəd qəbulu davam edir
Bakı, 6 fevral, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi tərəfindən 3 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun vəzifələrin A və B növü üzrə fevralın 5-də elan olunmuş ümumi müsahibəyə sənəd qəbulu davam edir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, fevralın 6-na olan məlumata görə, ümumi müsahibəyə çıxarılan vəzifələri tutmaq üçün 6 nəfər ərizə verib.
Xatırladaq ki, ümumilikdə Hesablama Palatasında 5, Qida Təhlükəsizliyi Agentliyində 5, Gəncə Apellyasiya Məhkəməsində 1 vəzifə olmaqla 11 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb. Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir. Namizədlər martın 7-si saat 18:00-dək mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidirlər.