ELM VƏ TƏHSİL


Dövlət orta ixtisas təhsili müəssisələrində 20 mindən çox tələbə təqaüd alır

Bakı, 19 oktyabr, AZƏRTAC 

Azərbaycanın dövlət orta ixtisas təhsili müəssisələrində təhsil alanlardan 20 min 284-ü təqaüd alır.

AZƏRTAC xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı məcmuəsində əks olunub. Rəsmi nəşrin tədris ilinin əvvəlinə olan məlumatına görə, dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisələrində 51 min 702 tələbə təhsil alır. Onlardan 34 min 308-i qadınlardır. Ötən tədris ilində kolleclərdə çalışan müəllimlərin sayı 6 min 74 nəfər təşkil edib ki, bunun da 4 min 625-i qadınlar olub. Ümumilikdə kolleclərdə 13 elmlər doktoru, 81 fəlsəfə doktoru, 5 professor və 18 dosent dərs deyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.