İQTİSADİYYAT


Dövlət-özəl sektor tərəfdaşlığına dair vebinar keçirilib

Bakı, 11 may, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin təşkilatçılığı və İstanbul Dövlət-Özəl Tərəfdaşlığı üzrə Kamillik Mərkəzinin dəstəyi ilə dövlət-özəl sektor tərəfdaşlığına (DÖST) dair növbəti vebinar keçirilib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə İstanbul Dövlət-Özəl Tərəfdaşlığı üzrə Kamillik Mərkəzinin rəhbəri Eyup Vural Aydın Türkiyədə səhiyyə sahəsində dövlət-özəl sektor tərəfdaşlığı təcrübəsi, bu sahədə həyata keçirilən layihələr və onların xüsusiyyətləri barədə təqdimatla çıxış edib, iştirakçıların suallarını cavablandırıb.

Müzakirələr çərçivəsində ölkəmizdə səhiyyə sektorunda dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi və bu modelin tətbiqinin genişləndirilməsi üçün imkanların olduğu, bu sahədə Türkiyənin müsbət təcrübəsindən yararlanmağın əhəmiyyəti vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.