İQTİSADİYYAT


Dövlət özəl sektorla tərəfdaşlıq edəcək

Dövlət özəl sektorla tərəfdaşlıq edəcək

Bakı, 2 dekabr, AZƏRTAC

Dövlət-özəl tərəfdaşlığı dövlətin özəl sektor resurslarından və təcrübəsindən istifadə edərək, dövlət infrastrukturunun və ya xidmətlərinin satınalmasını həyata keçirmək mexanizmidir. Bu mexanizm dövlətin özəl sektorla tərəfdaşlıq edərək yeni həllərin təşviqinə və maliyyə vəsaitlərinin cəlb olunmasına kömək edir.

AZƏRTAC xəbər verir ki, bu məsələ dekabrın 2 -də Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikası qanununun layihəsində (ikinci oxunuş) öz əksini tapıb.

Bu qanun ölkə ərazisində dövlət xidmətlərinin göstərilməsi, həmin xidmətlərin göstərilməsi üçün infrastrukturun yaradılması və idarə edilməsi ilə bağlı dövlət-özəl sektor tərəfdaşlığı layihələrinin icrasında dövlət, səlahiyyətli orqan, dövlət tərəfdaşı və özəl tərəfdaş, habelə iddiaçı arasında yaranan münasibətləri tənzimləyir. Qanun layihəsinin hazırlanması ölkə Prezidenti tərəfindən 2022-ci ilin iyul ayında təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da hədəf olaraq öz əksini tapıb.

Qanun 8 fəsil, 40 maddədən ibarətdir. Qanuna görə, dövlət-özəl tərəfdaşlığı layihəsində dövlətin iştirak forması səlahiyyətli orqan tərəfindən dövlət-özəl tərəfdaşlığı layihəsinin texniki-iqtisadi əsaslandırılmasına əsasən müəyyən ediləcək. Dövlət-özəl tərəfdaşlığı ilə bağlı dövlətin öhdəliyinin yuxarı həddi hər layihə üzrə səlahiyyətli orqan tərəfindən müəyyən olunacaq.

Sənəd səsə qoyularaq ikinci oxunuşda təsdiqlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.