İQTİSADİYYAT


Dövlət-özəl tərəfdaşlığı üzrə “SOURCE” proqramından istifadə imkanları təqdim olunub

Bakı, 13 sentyabr, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) beynəlxalq maliyyə təşkilatları tərəfindən dövlət-özəl tərəfdaşlığı mexanizmi üzrə keyfiyyətli infrastruktur layihələrinin hazırlanmasında və həyata keçirilməsində qlobal platforma hesab edilən “SOURCE” proqramının təqdimatı keçirilib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, İsveçrənin Dayanıqlı İnfrastruktur Fondu tərəfindən idarə edilən “SOURCE” platforması hazırda 51 ölkədə dövlət-özəl tərəfdaşlığı mexanizmi üzrə 284 infrastruktur layihəsinin icrasında istifadə olunur. Platforma dünyanın əsas beynəlxalq maliyyə təşkilatlarının məlumat bazaları ilə onlayn əlaqə yaradaraq ölkələrə birbaşa xarici investisiyaların cəlb edilməsi istiqamətində investorlarla səmərəli əməkdaşlıq imkanı yaradır. Bu platforma, həmçinin dövlət-özəl tərəfdaşlığı çərçivəsində ölkədə potensial benefisiar təşkilatların layihələrinin mərkəzləşdirilmiş məlumat bazasının formalaşdırılmasına kömək göstərir.

Asiya İnkişaf Bankının dəstəyi ilə təşkil edilmiş təqdimatda Dayanıqlı İnfrastruktur Fondunun proqram meneceri Sedrik van Riel platformanın istifadə imkanlarını diqqətə çatdırıb, proqramdan ölkəmizdə də istifadə olunmasına dair hərtərəfli əməkdaşlığa hazır olduqlarını bildirib.

Qeyd edək ki, KOBİA-nın strukturunda Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzin əsas fəaliyyəti dövlət-özəl tərəfdaşlığı üzrə proqram və layihələrin hazırlanması, həyata keçirilməsi və müvafiq benefisiar qurumlarla səmərəli əlaqələndirilməsi, belə layihələrdə kiçik və orta biznesin iştirakının genişləndirilməsi, layihələrin maliyyələşdirilməsi üzrə investorların cəlb edilməsi işinə dəstək göstərilməsi, eləcə də bu sahədə dövlət qurumları da daxil olmaqla bütün maraqlı tərəflərin maarifləndirilməsi və onların bilik və bacarıqlarının artırılmasıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.