İQTİSADİYYAT


Dövlət-özəl tərəfdaşlığına dair seminar keçirilib

Bakı, 9 iyul, AZƏRTAC

İyulun 9-da Bakıda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və İslam İnkişaf Bankının dəstəyi ilə dövlət-özəl tərəfdaşlığına dair 2 günlük maarifləndirici seminar öz işinə başlayıb.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, bir sıra dövlət qurumlarının və potensial benefisiar təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirdə dövlət-özəl tərəfdaşlığına dair uğurlu beynəlxalq təcrübələr, bu sahədə proqram və layihələr üzrə konsepsiya sənədləri, eləcə də onların texniki-iqtisadi əsaslandırmaları, maliyyələşmə mexanizmləri və müqavilə öhdəlikləri, iştirak və monitorinq prosesi kimi mövzular üzrə ətraflı məlumat verilib.

KOBİA-nın fəaliyyət istiqamətlərindən biri ölkədə dövlət-özəl tərəfdaşlığı üzrə proqram və layihələrin hazırlanması, həyata keçirilməsi və əlaqələndirilməsi, dövlət-özəl tərəfdaşlıq layihələrinə KOB-ların cəlb edilməsinin təmin olunması, eləcə də potensial benefisiar təşkilatların bu sahədə bilik və bacarıqlarının gücləndirilməsidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.