CƏMİYYƏT


Dövlət qeydiyyat nişanları olmadan yükdaşıma qaydalarını pozan yük avtomobillərinin sürücüləri saxlanılıb

Bakı, 8 avqust, AZƏRTAC

“KamAZ” markalı 11-BX-118 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Qurbanov Səxavət Səfər oğlu və eyni markalı 11-BX 919 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Qurbanlı Mirdamət Səfər oğlu İdarə etdikləri yük avtomobillərinin dövlət qeydiyyat nişanlarını gizlədərək yükdaşıma qaydasını pozduqlarına görə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılıb.

İdarənin əməkdaşı, polis leytenantı Rüstəm Əhmədli AZƏRTAC-a bildirib ki, araşdırma zamanı sürücülərin qeyd olunan nəqliyyat vasitələrini idarə etmək hüquqlarının olmadığı da müəyyənləşdirilib. Sürücülər barəsində müvafiq sənədləşmə aparılaraq qanunauyğun tədbirlər görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.