Dövlət qeydiyyatına alınmış qiymətli kağızlar açıqlanıb
AzerTAg.az

Bakı, 18 may, AZƏRTAC
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim olunmuş məlumatlara görə, 2023-cü ilin yanvar-mart aylarında ölkədə Mərkəzi Bankın 5500 milyon manat dəyərində dövlət istiqrazları, 360 milyon manat dəyərində notları, 85,8 milyon manat dəyərində səhmlər, 31,2 milyon manat dəyərində korporativ istiqrazları dövlət qeydiyyatına alınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu dövr ərzində Bakı Fond Birjasında keçirilmiş hərraclarda Mərkəzi Bankın 428,8 milyon manatlıq dövlət istiqrazları, 352,6 milyon manatlıq notları, 175,3 milyon manatlıq korporativ istiqrazları və 43,8 milyon manatlıq səhmlər yerləşdirilib. 2023-cü ilin birinci rübündə Mərkəzi Bankın nominal dəyəri 146,9 milyon manat olan dövlət istiqrazları, 117,4 milyon manatlıq korporativ istiqrazları, 116,7 milyon manatlıq notları və 102,1 milyon manatlıq səhmlər tədavüldə olub.
Xəbərin mətnində orfoqrafik səhv var