REGİONLAR


Dövlət qulluğu sahəsində qanunvericiliyin tətbiqi diqqətdə saxlanılır

Naxçıvan, 14 mart, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya fəaliyyətində peşəkarlığın və keyfiyyətin artırılması, şəffaflıq və obyektivliyin təmin edilməsi, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarətin gücləndirilməsi istiqamətində tədbirləri fevral ayında da davam etdirib, 3 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 4 qərarı ləğv olunub.

Komissiyadan AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, iş planına uyğun olaraq “Dövlət qulluqçularının etik davranış qaydaları” və “Dövlət orqanlarında vətəndaşların müraciətləri və sənədlərlə işin aparılması qaydaları” mövzularında 1032 dövlət qulluqçusunun iştirak etdiyi 8 maarifləndirici seminar keçirilib. Şahmatın tədrisinin keyfiyyətinin yaxşılaşdırılması və müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində şahmat fənnini tədris edən müəllimlərin sertifikasiyası üzrə test imtahanları keçirilib, imtahanlarda 445 müəllim iştirak edib, onlardan 404-ü müvafiq keçid balını toplayıb.

Muxtar respublikada ilk dəfə olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində vakant vəzifələrin tutulması üçün 2018-ci il noyabrın 6-da elan edilmiş müsabiqənin test mərhələsi keçirilib, müsabiqəyə çıxarılan 38 vakant vəzifənin tutulması üçün 10 nəfər sənəd təqdim edib, 5 namizəd keçid balını toplayıb. Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Baytarlıq Xidməti və Ali Məclisin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada vakant şöbə müdiri vəzifələrinin tutulması üçün 3 namizədin iştirakı ilə test imtahanları keçirilib, müvafiq dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilmiş 4 daxili müsahibədə komissiya nümayəndəsinin iştirakı təmin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.