ELM VƏ TƏHSİL


Dövlət qulluğu üzrə daxili müsahibəyə 22 vakant vəzifə çıxarılıb

Bakı, 28 yanvar, AZƏRTAC

Ötən il dekabrın 30-da elan olunmuş daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.

Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, elan üzrə 11 dövlət orqanında mövcud olan 22 vakant vəzifə daxili müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 49 namizəddən 38-nin müsahibədə iştirakına razılıq verilib.

Ən yüksək müsabiqə vəziyyəti Qida Təhlükəsizliyi Agentliyi, aparat, rəhbərlik, dövlət orqanı rəhbərinin köməkçisi (1 vakant yer üzrə 20 namizəd), İqtisadiyyat Nazirliyi, beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsi, şöbə müdiri (1 vakant yer üzrə 5 nəfər) vəzifələri üzrə yaranıb.

Müsahibələrin bu il fevralın 1-dən 15-dək olan dövrdə keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər müsahibənin vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytında əldə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.