ELM VƏ TƏHSİL


Dövlət qulluğu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir

Bakı, 24 yanvar, AZƏRTAC 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2018-ci il noyabrın 27-də elan olunmuş dövlət qulluğu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, 11 dövlət orqanında dövlət qulluğu vəzifələrinin A (2 vəzifə) və B (64 vəzifə) növünə aid olan 66 vakant vəzifənin tutulması üçün elan edilmiş müsahibədə iştirak üçün qeydiyyat ötən il dekabrın 27-də yekunlaşıb və 235 nəfərin müraciəti qeydə alınıb. Yanvarın 24-nə olan məlumata görə, müsahibədə iştirak edən 20 namizəd seçdikləri vəzifələrə uyğun bilinib.

Dövlət qulluğu üzrə müsabiqənin müsahibə mərhələsi yanvarın 28-də başa çatacaq.

Xatırladaq ki, dövlət orqanları arasında ən çox vakant vəzifə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi (14 vəzifə) tərəfindən təqdim olunub. Ümumilikdə müsahibəyə çıxarılmış 66 vakant vəzifənin 1-i 4-cü təsnifata, 13-ü 5-ci təsnifata, 11-i 6-cı təsnifata, 41-i isə 7-ci təsnifata aid olmaqla, 2-si AB, 12-si BA, 52-si isə BB vəzifə qrupuna aiddir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.