ELM VƏ TƏHSİL


Dövlət qulluğu üzrə müsahibə davam edir: 11 nəfər vəzifəyə uyğun bilinib

Bakı, 23 yanvar, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il noyabrın 27-də elan olunmuş 8 dövlət orqanında inzibati vəzifələrin 3-7-ci təsnifatına uyğun vəzifələrin A və B növü üzrə ümumi müsahibə davam edir.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, yanvarın 23-nə olan məlumata görə, müsahibədə iştirak edən 11 nəfər vəzifəyə uyğun bilinib. Onlardan 7-si Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, 4-ü isə Dövlət Turizm Agentliyində işləyəcək.

Elana çıxarılan vəzifələr mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və onların tabeliyində olan qurumlarda, yerli bölmələrdə, həmçinin məhkəmə orqanlarında olmaqla 46-sı dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər), 18-i isə B növünə (inzibati icraçı) aiddir.

Qeyd edək ki, müsahibə yanvarın 31-də yekunlaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.