Dövlət qulluğu üzrə müsahibədə 200-dək namizəd uğur qazanıb
AzerTAg.az
Bakı, 17 sentyabr, AZƏRTAC
Ümumilikdə 35 dövlət orqanında 623 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 13-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.
AZƏRTAC DİM-in sentyabrın 17-si saat 11:25-ə olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə indiyədək 198 nəfər uğur qazanıb. Onlardan 67-si Dövlət Statistika Komitəsində, 34-ü Kənd Təsərrüfatı Nazirliyində, 21-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, 18-i Gənclər və İdman Nazirliyində, 11-i Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 10-u Energetika Nazirliyində, yerdə qalanlar isə məhkəmə orqanlarında müxtəlif vəzifələrə uyğun biliniblər.
Xatırladaq ki, müsahibədə iştirak etmək üçün 2710 nəfər sənəd verib. Müsahibə oktyabrın 7-də başa çatacaq.

Xəbərin mətnində orfoqrafik səhv var