ELM VƏ TƏHSİL


Dövlət qulluğu üzrə müsahibədə indiyədək 24 namizəd müxtəlif vəzifələrə uyğun bilinib

Bakı, 28 yanvar, AZƏRTAC

Ümumilikdə 30 dövlət orqanında 136 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il noyabrın 5-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.

AZƏRTAC DİM-in yanvarın 28-i saat 16:10-a olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə indiyədək 24 nəfər uğur qazanıb. Onlardan 10-u Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində, 6-sı Maliyyə Nazirliyində, 3-ü Bakı şəhəri Xəzər Rayon Məhkəməsində, 2-si Ali Attestasiya Komissiyasında, 1-i Hesablama Palatasında, 1-i Sumqayıt Apellyasiya Məhkəməsində, 1 nəfər isə Salyan Rayon Məhkəməsində müxtəlif vəzifələrə uyğun bilinib.

Xatırladaq ki, müsahibədə iştirak etmək üçün 855 nəfər sənəd verib. Müsahibə fevralın 28-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.