ELM VƏ TƏHSİL


Dövlət qulluğu üzrə müsahibədə iştirak etmək üçün 325 nəfər ərizə verib

Bakı, 8 yanvar, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 15 dövlət orqanında dövlət qulluğu vəzifələrinin A (26 vəzifə) və B (299 vəzifə) növünə aid olan 325 vakant vəzifənin tutulması üçün yanvarın 4-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinə ərizə qəbulu davam edir.

DİM-dən AZƏRTAC-a bildirilib ki, yanvarın 8-nə olan məlumata görə, müsahibədə iştirak etmək üçün ümumilikdə 325 nəfər qeydiyyatdan keçib. Onlardan 323-ü dövlət qulluğu vəzifələrinin B növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifələrin, 2-si isə A növünə aid olan vəzifələrin (inzibati icraçı vəzifələr) tutulması üçün müraciət edib. Göründüyü kimi, inzibati icraçı vəzifələrdə işləmək istəyənləri sayı daha çoxdur. Qeyd edək ki, dövlət qulluğu vəzifələrinin B növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifələr üzrə ən çox müraciət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vakant vəzifələri ilə bağlıdır. Nazirliyin dövlət qulluğu vəzifələrinin B növü üzrə müsahibəyə çıxardığı 66 vakant vəzifəyə 137 nəfər müraciət edib.

Xatırladaq ki, qeydiyyat fevralın 4-dək aparılacaq. Namizədlər saat 18:00-dək “Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.