ELM VƏ TƏHSİL
Dövlət qulluğu üzrə müsahibədə iştirak etmək üçün 508 nəfər qeydiyyatdan keçib
Bakı, 13 fevral, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla ümumilikdə 31 dövlət orqanında dövlət qulluğu vəzifələrinin A (88 vəzifə) və B (611 vəzifə) növünə aid 699 vakant inzibati vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fevralın 5-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinə sənəd qəbulu davam edir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, fevralın 13-nə olan məlumata görə, müsahibədə iştirak etmək üçün ümumilikdə 508 nəfər qeydiyyatdan keçib. Müsahibədə iştirak üçün namizədlər martın 7-si saat 18:00-dək “Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Qeyd edək ki, müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Qida Təhlükəsizliyi Agentliyi (521 vəzifə) tərəfindən təqdim olunub.