ELM VƏ TƏHSİL


Dövlət qulluğu üzrə müsahibədə iştirak etmək üçün indiyədək 1021 nəfər ərizə verib

Bakı, 24 sentyabr, AZƏRTAC 

Ümumilikdə 19 dövlət orqanında 495 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən sentyabrın 17-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinə ərizə qəbulu davam edir.

AZƏRTAC DİM-in saytına istinadla xəbər verir ki, sentyabrın 24-ü saat 12:30-a olan göstəricilərə görə, müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün 1021 nəfər ərizə verib.

Sentyabrın 17-də başlanan sənəd qəbulu oktyabrın 17-də yekunlaşacaq.

Qeyd edək ki, müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Qida Təhlükəsizliyi Agentliyi (761 vəzifə) tərəfindən çıxarılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.