ELM VƏ TƏHSİL
Dövlət qulluğu üzrə müsahibədə uğur qazanmış 57 namizəd müxtəlif vəzifələrə uyğun bilinib
Bakı, 20 fevral, AZƏRTAC
Ümumilikdə 30 dövlət orqanında 136 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il noyabrın 5-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.
AZƏRTAC DİM-in fevralın 20-si saat 15:30-a olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə indiyədək 57 nəfər uğur qazanıb. Onlardan 17-si Maliyyə Nazirliyində, 11-i Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində, yerdə qalanlar isə digər qurumlarda müxtəlif vəzifələrə uyğun bilinib.
Xatırladaq ki, müsahibədə iştirak etmək üçün 857 nəfər sənəd verib. Müsahibə martın 6-da başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [22:58]
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]