ELM VƏ TƏHSİL


Dövlət qulluğu üzrə sınaq imtahanında iştirak etmək üçün 100 nəfər qeydiyyatdan keçib

Bakı, 25 noyabr, AZƏRTAC

Noyabrın 27-də Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə AA, AB, AC, BA, BB qrupları üzrə keçiriləcək elektron sınaq imtahanına qeydiyyat davam edir.

AZƏRTAC DİM-in saytına istinadla xəbər verir ki, bu gün saat 10:50-yə olan göstəricilərə əsasən, imtahanda iştirak etmək üçün 100 nəfər (AA - 5, AC - 2, BA - 41, BB - 52) qeydiyyatdan keçib. Namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda elektron formada verəcəklər. İmtahanda iştirak etmək üçün onlayn qeydiyyat noyabrın 26-sı saat 17:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.

Xatırladaq ki, sınaq imtahanında hər qrup üzrə uyğun olaraq əvvəlki imtahanlardakı eyni test tapşırıqlarından istifadə ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.