ELM VƏ TƏHSİL


Dövlət qulluğu üzrə test imtahanında iştirak etmək üçün 1310 nəfər qeydiyyatdan keçib

Bakı, 8 fevral, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid vəzifələr üzrə fevralın 17-də keçiriləcək test imtahanında iştirak etmək üçün qeydiyyat davam edir.

DİM-dən AZƏRTAC-a bildirilib ki, fevralın 8-nə olan məlumata görə, test imtahanında iştirak etmək üçün 1310 nəfər (BA-298, BB-1012) qeydiyyatdan keçib.

İmtahan iştirakçıların sayından asılı olaraq kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq. İmtahan kompüter vasitəsilə aparılacağı təqdirdə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək. İmtahan kağız daşıyıcılar vasitəsilə aparılacağı təqdirdə isə imtahanın yeri və vaxtı namizədin buraxılış vərəqəsində göstəriləcək.

Xatırladaq ki, qeydiyyat fevralın 10-da başa çatacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.